XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

12 Noyabr 2016 - 12:36

“YouTube”dan yeni xidmət:virtual reallıq əlavəsi

“Google” şirkəti “YouTube”a yeni “YouTube VR” servisi ilə virtual reallıqda baxmaq imkanı yaradıb.

Əlavə “Daydream VR” virtual reallıq platforması və bu həftə satışa çıxarılan “Daydream View” kaskasına uyğun hazırlanıb. “YouTube VR” əlavəsinin daxilində istifadəçilər şərhlər oxuya, səs və ya klaviatura vasitəsilə yeni videolar axtara, eləcə də adi çarxlara həm “teatr” rejimində, həm də 360 dərəcəlik videolara baxa bilərlər.

“YouTube VR” əlavəsinin işə salınması üçün “Daydream VR” kaskasının tələblərinə cavab verən smartfon tələb olunur(azərtac).