XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 19:48

Rəsədxana “Böyük Ay” hadisəsinə münasibət açıqladı:"Növbəti hadisə 2034-cü ildə baş verəcək"

ay-bulud

Noyabrın 14-də Ay Yerə ən yaxın məsafədən keçməklə qeyri-adi təbiət hadisəsi baş verib.

“Superay” hadisəsi AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından da izlənilib. 

Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Azərtac-a bildirib ki, bu təbiət hadisəsi zamanı ayın ölçüsü adi vəziyyətdəkindən 14 faiz böyük, parlaqlığı isə 30 faiz çox olub. 

Budəfəki hadisədə Ay Yerə 356 min 512 kilometr yaxınlıqda görünüb. Yerlə Ay arasındakı orta məsafə isə 384 min kilometrdir.

Sonuncu dəfə Ay Yerə 1948-ci ildə bu qədər yaxın məsafədə müşahidə edilib. O zaman Ayadək məsafə 356 min 465 kilometr olmuşdu. Növbəti belə bir hadisə 18 ildən sonra – 2034-cü ildə baş verəcək.

Xıdır Mikayılovun sözlərinə görə, “Superay” hadisəsinin Yer kürəsi və insanlar üçün təhlükəsi yoxdur. Sadəcə okeanlarda qabarmanın səviyyəsi bir qədər artır.