XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 20:07

“HP”-dən güclümini-kompüter

“HP” şirkəti “Autodesk University” konfransında “Z2 Mini” adlı kiçikölçülü işçi stansiyasını təqdim edib.

İstehsalçılar iddia edirlər ki, yeni qurğu hazırda bazarda mövcud istənilən kommersiya mini-kompüterdən ikiqat gücə malikdir və 6 ekranla iş rejimini dəstəkləyir. Yeni qurğu layihəçilər, “3D” modelləşdirmə sahəsində peşəkarlar, “DesignCAD 3D Max”, “ArchiCAD” istifadəçiləri üçün nəzərdə tutulub.

Azərtac “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, səkkizbucaqlı qurğunun korpusunun hündürlüyü 5.8 santimetrdir. Aparat xüsusi layihələndirilmiş ventilyator və soyutma sistemi sayəsində səssiz işləyir.

Yeni model “Intel Xeon E5” prosessoru, “Nvidia” qrafik kartı və “HP Z Turbo Drive SSD” daşıyıcısı ilə təchiz edilib.