XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 16:46

Dünyanın on ən yaxşı qırıcı təyyarəsi –Təqdim

MANDATORY CREDIT: USAF/Rex Features. IMAGES OUTSIDE OF PRINT NEWSPAPER SUBSCRIPTIONS. FEES APPLY FOR UNIQUE IPAD USE. Mandatory Credit: Photo by REX (3489537a) F-16 Fighting Falcons from the 35th and 80th Fighter Squadrons of the 8th Fighter Wing, Kunsan AB, Republic of Korea; the 4th Fighter Squadron of the 388th Expeditionary Fighter Wing at Hill Air Force Base, Utah; and the 38th Fighter Group of the ROK Air Force demonstrate an 'Elephant Walk' as they taxi down the flightline at Kunsan Air Base, Republic of Korea, Dec. 14, 2012. The Elephant Walk was a demonstration of U.S. and ROK air force capabilities and strength. (U.S. Air Force photo by Staff Sgt. Jonathan Fowler) Airman magazine chooses the best U.S. Air Force pictures of 2013 - Jan 2014 FULL COPY: http://www.rexfeatures.com/nanolink/ogho These stunning images show a year in the life of the largest air force in the world. The United States Air Force has operations all over the world and enlisted photographers are there to capture the action. The service's specialist Airman magazine has curated the most impactful imagery from 2013 for a special issue entitled 'Year in Visuals'. The gallery features awesome images of aircraft, but there are also personal military stories including a striking image of Capt. Candice Adams Ismirle preparing for cancer radiation treatment, while Staff Sgt. Ron Blodgett is shown in tears as he embraces his son after returning from a deployment. Managing editor Tech. Sgt. Chris Powell explains:

ИноСМИ (Rusiya), 25.11.2016

 

Amerikanın  F-16 Fighting Falcon, F-35 Lightning II və F-22 Raptor, Rusiyanın МиГ-35, Су-30 МК,  Су-35, ПАК-ФА, Avropanın Eurofighter Typhoon, JAS 39 Gripen və Dassault Rafale təyyarələrinin daxil olduğu dünyanın ən yaxşı “qaynar onluğu” sıradakı parametrlər üzrə müəyyən edilib: sürət və manevr, seçilməzlik səviyyəsi, bortda quraşdırılmış silah sistemi, istehsal və xidmət dəyəri.

f-16

10. F-16 Fighting Falcon (“Hücum edən şahin”) çoxtəyinatlı, yungül, dördüncü nəsil Amerika qırıcısı. 1974-cü ildə General Dynamics şirkəti tərəfindən hazırlanıb. 1979-cu ildə istismara buraxılıb. Universallığı və nisbətən ucuzluğu sayəsində ən kütləvi dördüncü nəsil qırıcıdır. (2014-cü ilin iyununa 4540-dan çox təyyarə istehsal olunub).

saab

9. Saab JAS 39 Gripen – İsveçin dördüncü nəsil çoxtəyinatlı qırıcısı, Saab Avionics şirkəti istehsal edib. Macarıstan, Çexiya, CAR və Tailand  SQ-də istismar olunur. Təyyarə üçkünclü ortameylli qanadlarla “Ördək” aerodinamik sistemi üzrə yaradılıb. Təyyarənin planeri radiolokasiya seçilməzliyi nəzərə alınmaqla düzəldilib. Korpusun 30%-i kompozitlərdən, 2 ədəd S-şəkilli hava hasarından hazırlanıb.

MIG

8. MiQ-35 –“MiQ” RTK-nin hazırladığı çoxtəyinatlı 4 ++ dördüncü nəsil Rusiya qırıcısı. MiQ-35 gecə və gündüz, həmçinin sadə hava şəraitində rəqibin passiv və fəal radioelektron əks-fəaliyyəti zamanı yerüstü, hava və suüstü hədəflərin vurulması üçün yaradılıb.

f_35

7. F-35 Lightning II (“Şimşək”) Amerikanın Lockheed Martin firmasının üç variantda (yerüstü qırıcı, qısauçuşlu və şaquli enişli qırıcı və göyərtə qırıcısı) işlədiyi beşinci nəsil seçilməz qırıcı-bombardmançısı.

382

6. Eurofighter Typhoon (“Qasırğa”)  – Eurofighter GmbH firmasının hazırladığı çoxtəyinatlı dördüncü nəsil qırıcısı. Təyyarə Almaniaya, İtaliya, İspaniya, Böyük Britaniya, Avstriya və Səudiyyə Ərəbistanı SQ-ə tədarük olunub.

dassa

5. Dassault Rafale (“Boran”) – Fransanın “Dassault Aviation” şirkətinin hazırladığı dördüncü nəsil çoxtəyinatlı Fransa qırıcısı. Fransa HDQ və HHQ-nin silahlanmasındadır.

su-30

4. Su-30 MK – “Suxoy KBŞ”nin işlədiyi 4+ dördüncü nəsil çoxtəyinatlı Rusiya qırıcısı. Qırıcı havada üstünlüyü ələ keçirmək, gecə-gündüz hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub.

su-35

3.Su-35 – “Suxoy” KBŞ-nin işlədiyi 4++ dördüncü nəsil çoxtəyinatlı, fövqəlmanevrli Rusiya qırıcısı. Ekspertlər F-22 stels-qırıcısı istisna olmaqla Su-35-i NATO-nun istənilən təyyarəsi üçün “olduqca təhlükəli” sayırlar. Su-35-in təhlükəliliyi uzaqməınzilli xeyli sayda “hava-hava” raketi daşımaq, raketi səsdəniti sürətlə buraxmaq imkanı, fövqəlmanevr və güclü radioelektron mübarzə vasitələri ilə bağlıdır.

raptor

2. F-22 Raptor (“Yırtıcı”) – Amerikanın Lockheed Martin, Boeing və General Dynamics şirkətlərinin hazırladığı beşinci nəsil çoxtəyinatlı Amerika qırıcısı. Havada üstünlüyü ələ keçirmək üçün nəzərdə tutulub. Qırıcıya avionika, elektronika və seçilməzlik sahəsində ən yeni işləmələr qoyulub.

pak

1.Su PAK-FA Т-50 – beşinci nəsil çoxtəyinatlı Rusiya qırıcısı. “Suxoy” KBŞ tərəfindən hazırlanıb. Qırıcı yüksək sürət, güclü mühərrik, fövqəlmanevr, seçilməzlik və çox təhlükəli silahlara malikdir.

 

Tərcümə Strateq.az-ındır.