XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 17:42

Moskva alimlərindən əcaib açıqlama:“Dünya dinləri bakteriyaların sayəsində yaranıb”

din

Moskva Dövlət Universitetinin (MDU) bioloqları istisna etmirlər ki, insanlıq müxtəlif dinlərin meydana çıxmasın görə bakteriyalara borclu ola bilər. Strateq.az  rosbalt.ru-ya istinadən bildirir ki, alimlərin fikrincə, xüsusi mikroorqanizmlər insan davranışını dəyişərək, fövqəltəbii qüvvələrə inanmağa məcbur edib.

Rus alimləri düşünürlər ki, dünyanın bütün dinləri bağırsaqlarda və insan orqanizminin digər nahiyələrində yaşayan bakteriyaların fəaliyyətinin “məhsulu” ola bilər. Bağırsaq mikroflorasının iştahı, insanın piylənmək meyli və hətta qida seçimini idarə edərək bağırsaq və beynin sinir hüceyrələrinə təsir etməsi bu cür mikrobların varlığından xəbər verir.  

Bioloqlar öz fərziyyələrinin təsdiqinin biri kimi bu fakta işarə edirlər ki, yer üzündə əksər dini ayinlər insanı bakteriyalara yoluxmağa sövq edir: məsələn, iudaizmdə sünnət, xristianlıqda  vəhdət, islamda həcc, induizmdə torpaqda hellənmək və Qanqda çimək, həmçinin bir sıra tayfalarda kannibalizm ayini.

Alimlər dinlərin, xurafatın və etiqadın digər formalarının keçmişdə eynilə müxtəlif mikrob və virusların epidemiyaları kimi yayıldığını hesab edən tarixçi və təkamülçülərin fikirlərinə söykənir.