XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2016 - 17:40

Dilənçilər və onlara sədəqə verənlər cərimələnəcək –Şəhər rəhbərliyindən yenilik

dilenci

İtaliyanın şimal-şərqindəki Triest şəhərinin hakimiyyət orqanları dilənçiliyin bütünlüklə qadağan edilməsi fikrinə düşüb.

Strateq.az xəbər verir ki, şəhər bələdiyyəsi cəzanı yalnız dilənçilərə yox, həm də onlara sədəqə verənlərə qarşı tətbiq etmək niyyətindədir.

Amma bu yeniliklərin hamısı deyil. Şəhərin yeni seçilən rəhbərliyi tərəfindən təklif olunan qaydalara uyğun olaraq, insanlara yerdə və ya yalandan uzun müddət skamyalarda oturmaq qadağan ediləcək.

Bundan ötrü nəzərdə tutulan cərimə 150-900 avro olacaq. Parklarda və küçələrdə çadırlar qurnaq da yeni qadağalara daxildir. Bu məkanlarda siqaret çəkənlər və spirtli içki içənlər cərimələnəcək (100-600 avro).

Maşınları qanunsuz parklama görə cəza 25-250 avro olacaq.

M.Rzasoy