XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 14:55

Beyin inkişafınızı artıra bilərsiniz –Mütəxəsislər açıqlayıb

beyin

Mütəxəsislər düzgün addımlarla zehnimizi gəncləşdirə biləcəyimizi açıqlayıblar. Bir həftə ərzində, hər gün 1 saatlıq bu çalışmaların fərq yaratdığını iddia ediblər.

1. Aktiv olun

Həftədə üç dəfə, 30 dəqiqə aralıqla, sürətli şəkildə qaçış, sizin diqqətinizi toplamağa və düşünmə gücünüzü artırmağa kömək edəcək. Eyni zamanda alzimeir və yaddaş zəifləməsi riskini də 60 faiz azaldır.

2. Gözlərinlə məşq edin

Mançester Metropolitan Universitetində aparılan araşdırmaya görə, gözlərinizi soldan sağa sürətli bir hərəkət etdirməyiniz yaddaşınızı möhkəmləndirəcək.

3. Səhər saatlarından yararlanın

İş görüşməsinə gedəcəksinizsə və ya diqqət tələb edən bir işiniz varsa bunu səhərin ilk saatlarına salmağınız məsləhət görülür.

5. Zəka məşqi edin

Duke Medical Centre araşdırmalarına əsasən ağıl idmanı zəkanı inkişaf etdirməyin asan yoludur. Bunu etmək üçün, işə gedərkən hər gün getdiyiniz yoldan fərqli bir yol seçin, evinizin qapısını gözləriniz bağlıykən açmağı yoxlayın, heç getmədiyiniz marketlərdən alış-veriş edin. Günlük alqoritminizdə etdiyiniz xırda bir dəyişiklik belə fiziki və məntiqi tərəflərinizi inkişaf etdirəcək.

6. Unutmamaq üçün fokuslanın

Gün ərzində qəbul etdiyimiz informasiyalrın 90-95 % -ni unuduruq, bu yaşla bağlı deyil.Keçici yaddaşla bağlıdır. Hər şeyi xatırlamağımız mümkün deyil.

Bu səbəblə əgər həqiqətən xatırlamağınız lazım olan bir şey varsa, onu uzun müddət yaddaşınıza yerləşdirməyə fokuslanmalısınız.

7. Qısa müddətli yuxu yatın

Elm adamları sadəcə 6 dəqiqə gözləri qapalı tutmağın zehni yenilədiyini deyirlər.

Hamımız rahat və uzun müddətli yuxunun beyin üçün əhəmiyyətli olduğunu bilirik. Lakin, alman elm adamları qısa müddətli yuxuların da işə yaradığını qeyd ediblər.

7. İkinci dil öyrənin

London College Universitetinə görə birdən çox dil bilgisi olan insanlar daha çox inkişaf etmiş beyinə sahibdirlər. Alimlər bu beyinlərdə zəka və diqqəti idarə edən boz rəngli hüceyrələrin daha artıq olduğunu deyiblər.

(habertürk.com)