Yaponiyada II dünya müharibəsinin sonlarına yaxın Xirosima və Naqasaki şəhərlərinə qarşı həyata keçirilmiş iki atom bombardımanından sağ çıxan tək bir adam vardı. 93 yaşlı Tsutomu Yamaquçini dünyanın ən şanslı insanlarından hesab etmək olar.
1945-ci ildə ABŞ təyyarəsi XIrosima şəhərinə atom bombası atan zaman bir iş üçün bu şəhərə gələn Tsutomu Yamaquçinin dərisi yanıb. Gecəni burada keçirdikdən sonra avqustun 9-da doğma şəhəri Naqasakiyə gəlib. Və həmin gün Naqasakiyə atom bombası atılıb. O bu dəfə də sağ qala bilib. Özü yaşadıqları haqqında kitab və məqalələr yazıb.
“Yaşadıqlarımın gələcək nəsillər üçün barış dərsi olmasını ümid edirəm”, – Yamaquçi deyib.
O, 2010-cu ildə xərçəng xəstəliyindən vəfat edib.