XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2016 - 14:37

Çinin Çunçin şəhərində kino sənayesi parkı tikiləcək- 2,17 milyard dollara

Çinin ən çox əhalisi olan şəhərlərindən biri Çunçində 15 milyard yuana (2,17 milyard ABŞ dolları) kino və televiziya sənayesi parkı tikiləcək.

Park film çəkilişləri üçün baza, açıq və qapalı pavilyonlar, təlim mərkəzi, kino şirkətləri üçün ofislər, turist şəhərciyi və digər binalardan ibarət olacaq. Bir neçə xarici şirkətin də cəlb olunacağı inşaat işlərinə gələn il başlanılacaq.

Qeyd edək ki, son illər Çinin kino sənayesində böyük yüksəliş nümayiş olunur. Çin Mətbuat, Nəşr, Radio, Kino və Televiziya Administrasiyasının proqnozuna əsasən, cari ildə ölkədə film nümayişinin kassa yığımı 2015-ci ildəki 6,8 milyard dollarlıq göstəricini ötəcək. Hazırda dünyanın ən böyük ikinci kino bazarı olan Çində kassa yığımı 2003-cü ildən bəri hər il orta hesabla 35 faiz çoxalıb. Ötən il isə bu rəqəm 48,7 faiz təşkil edib. Bu il şirkətlər film nümayişi üçün hüquqların internet səhifələrinə satışından 560 milyon dollar gəlir əldə ediblər.

Mütəxəssislər hesab edir ki, 2020-ci ildə Çində film nümayişinin kassa yığımının ümumi məbləği 15 milyard dollara çatacaq(azərtac).