XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 20:09

Sinqapurda “yaşıl”otel tikiləcək

“WOHA” memarlıq şirkətinin mütəxəssislərinin sonuncu layihələrindən biri də Sinqapurda tikiləcək “canlı” fasadı olan otel binasıdır. Qeyri–adi otelin fasad hissəsi şaquli formada yaşıllıqlarla örtüləcək.

Azərtac “novate.ru” saytına istinadla bildirir ki, memarların fikrincə, otelin yaşıllıqlara qərq olması, mərtəbələrarası meydançalarda əkilmiş ağac və kollar Sinqapur kimi meqapolisdə əlavə istirahət zonaları yaradacaq və ərazinin ekoloji vəziyyətinə müsbət təsir edəcək.

Layihəyə görə, otelin ümumi sahəsi 19 min 416 kvadratmetrdir.