XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 13:58

Xalq təbabəti xəzinəmiz:ağ şam yağı osteoxondroza qarşı

image

Bu sayımızdan etibarən oxucularımıza yeni rublika təqdim edirik. Düşünürük ki, xəstəliklərlə mübarizədə insanlarımız xalq təbabətindən istifadə etməyi üstün tuturlar. Səbəbləri:

1.Azərbaycan insanı səhiyyə qurumlarına etibar etmir;

2. Dəfələrlə rəsmi şəkildə etiraf olunub ki, müəyyən kommersiya şirkətlərinin Azərbayacana xaricdən gətirdiyi dərmanlar tibbi standartlara cavab vermir və bu da məlumdur ki, müvafiq dövlət qurumları buna göz yumur;

3. Ölkəmizdə müayinə-müalicə prosesi çox baha başa gəldiyindən Azərbaycan insanı həm dövlət, həm də özəl klinikalara müraciət edə bilmir. İqtisadi böhran şəraitində maddi vəziyyət buna imkan vermir;

4. Dərman bitkilərini istifadə etməklə müalicə çox ucuz başa gəlir.

Buna görə də oxucumlarımızı müntəzəm şəkildə ucuz və təbii müalicə üsulları ilə tanış edəcəyik.

Allah şəfanızı versin!

İlk olaraq ölkəmizdə geniş yayılmış osteoxondrozun təbii müalicə üsullarından söhbət açacağıq.

Bu xəstəlik zamanı onurğa sütununun fəqərələri deformasiyaya uğrayır və onun arasından keçən sinirlər sıxılır. Bu isə ağrılara və müxtəlif digər pozuntulara səbəb olur.

Ağ şam ağacı yağı osteoxondrozun müalicəsində çox geniş istifadə olunur. Bu yağ osteoxondroz zamanı ağrıları, şişi və iltihabı azaldır, lokal qan dövranını yaxşılaşdırır.

Osteoxondrozun müalicəsində ağ şam ağacı yağı masaj zamanı istifadə olunur. Bunun üçün 10 damcı yağ masaj üçün istifadə olunan vasitəyə (yağ, krem və s.) əlavə olunur.

Həmçinin ağ şam ağacı yağını kompres şəklində də istifadə etmək olar. Bunun üçün 10 damcı yağ pambıq parçaya damızdırılır və ağrıyan yerə qoyulur.

Şam ağacı yağını müalicəvi vannalara da əlavə etmək olar. Bunun üçün 10-15 damcı yağ yarım stəkan südə qatılır, qarışdırılır və qəbul edəcəyiniz vannaya tökülür. (su ilıq olmalıdır – 38 C). Bu cür vannanın müddəti 30 dəqiqədir.

Diqqət! Bu resepti istifadə etməzdən əvvəl müalicə həkiminizlə hökmən məsləhətləşin.

Qəmər Şahbaz