XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2016 - 18:45

“Panasonic” şirkəti avtomatlaşdırılmışkassa yaradıb

Yaponiyanın “Panasonic” şirkəti ilə “Lavson” mağazalar şəbəkəsi tərəfindən birgə əməkdaşlıq çərçivəsində hazırlanmış avtomatlaşdırılmış kassa alıcıları bazarlığı səbətdən paketə yerləşdirmək ehtiyacından xilas edəcək və ödəniş prosesini sürətləndirəcək.

Azərtac-ın “hitech.newsru.ru” saytına istinadən verdiyi xəbərə görə, yeni sistem bazarlıq üçün ştrix-kod skanerləri ilə təchiz edilmiş xüsusi zənbil və təkmilləşdirilmiş kassa masalarından ibarətdir. Alıcı sensor ekranlı kassaya yaxınlaşdıqda artıq hazır olan çeki kart və ya nağd pulla ödəyir. Bundan sonra içində bazarlıq olan səbət xüsusi yerə qoyulur və aşağıya doğru gedir. Daha sonra paketə yerləşdirilmiş bazarlıq yuxarıya doğru qalxır.

Hazırda bu sistem “Panasonic” şirkətinin mənzil qərargahının qarşısında yerləşən “Lavson” mağazasında sınaqdan keçirilir. Partnyorlar gələn ilin sonunda və 2018-ci ildə “Lavson” şirkətinin başqa mağazalarında da yeni kassalar qurmaq niyyətindədir.