XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 18:59

Gündə 20 qram qoz yeyən insanlarda qəfil ölüm riski22 faizə bərabərdir

Londonun İmperial Kolleci və Norveçin Elm və Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə, gündə ən azı 20 qram qoz yeyən insanların təhlükəli xəstəliklərə tutulmaq riski çox aşağıdır. Araşdırmanın nəticələri “BMC Medicine” jurnalında dərc olunub.

Azərtac sciencedaily.com saytına istinadən xəbər verir ki, tədqiqatlar 819 min iştirakçı arasında aparılıb. Məlum olub ki, gündə iyirmi qram qoz yemək insanlarda ürək xəstəliklərini təqribən 30, tənəffüs xəstəliklərini 50, şəkərli diabet xəstəliyini 40, xərçəngi isə 15 faiz azaldır. Bu insanlarda qəfil ölüm təhlükəsi 22 faizə bərabər olur.