XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2016 - 14:30

Xalq təbabəti xəzinəmizdən:narın faydaları

nar-2

Son illərdə elm adamlarının “punica granatum” dedikləri narın hər gün yeni bir xüsusiyyəti kəşf edilir. Narın sağlamlığa elə faydaları var ki, bunu öyrənəndə narı mətbəxinizdən bir daha əksik etməyəcəksiniz. Möcüzəvi şəfa qaynağı narın içi də, qabığı da insan sağlamlığına son dərəcədə faydalıdır. Narın qabığı dərini yumşaldır və infeksiyalardan qoruyur, şirəsi bir çox xəstəliklərə şəfadır, mədəni təmizləyir, xoraya və öskürəyə çox yaxşı təsir edir, ağciyəri gücləndirir, qəbizliyi, ürək və mədə ağrılarını aradan qaldırır. Narın şəfasından maksimum dərəcədə faydalanmaq üçün nar təzə yeyilməli və şirəsi təzə sıxılmış halda içilməlidir. Əhəmiyyətli xüsusiyyətlərindən biri də qan damar sistemini qoruması və ürək sağlamlığına yardım etməsidir. Xüsusilə damar tutulmalarına səbəb olan ACE (angiotenzin) adlı fermentə mane olur.

Bütün bu xüsusiyyətlərinə görə süfrəmizdən əksik etməməli olduğumuz narın digər faydası da damar sərtliklərini aradan qaldırması, qanı artırmaq və təzyiqi endirmək xüsusiyyətlərinə malik olmasıdır. Nardan son zamanlarda xüsusilə prostat xərçəngin müalicəsində istifadə olunur.

Ürək və damarlara faydası

Nar bir növ təbii antibiotik olduğu üçün ürək və damarlardakı zərərli maddələri təmizləyir, mikrobları öldürür. Hər gün bir stəkan təzə nar şirəsi ürək və damarlarınıza yaxşı təsir edəcək.

Qrip infeksiyalarına qarşı faydaları

Narın tərkibindəki antioksidantlar qripə səbəb olan mikrob və virusları zərərsiz hala gətirir. Bununla birlikdə nar şirəsinin bakteriyalardan qaynaqlanan infeksiya xəstəliklərinin qarşısını almaqda ciddi təsiri var. Xüsusilə qış aylarında artan qrip infeksiyalarına qarşı öncədən qəbul edilməsi edilməsində faydalıdır. Çünki narın tərkibindəki C vitamini bədənin soyuq havalara müqavimətini artırır.

Prostat xərçənginə qarşı faydaları

 Nar xüsusilə prostat xərçənginə qarşı təsirlidir. Bir çox elmi araşdırma nəticəsində narın prostat xərçənginə tutulma riskini azaltdığı aşkarlanmışdır. Bununla birlikdə prostat xərçəngi müalicəsində narın xərçəng hüceyrələrinin çoxalmasının qarşısını aldığı məlum olub. Buna görə də elm adamları nar şirəsini müntəzəm şəkildə içməyi tövsiyə ediridlər.

İshala qarşı faydaları

Narın tərkibində və dənələrindəki damar kimi görünən olan ağ pərdə mədəni gücləndirir. Qabıqları da eyni şəkildə ishala qarşı təsirlidir. Nar qabığı qaynadıldıqdan sonra soyudulur və bir az bal qatılaraq yeyilir. Narın qabığından hazırlanan bu qarışıq ishalı sağaldır.

Mədəyə faydaları

8724b0be1624

Yuxarıda qeyd etdiyimiz kimi, narın içərisində olan ağ təbəqə mədənin qüvvətləndirilməsinə şərait yaradır. Turş nar bəhməzi bal qarışdırılaraq adavamlı olaraq qəbul edildikdə mədə iltihabının qarşısını alır. Lakin bu qarışıq acqarnına qəbul edilməlidir.Yeməkdən sonra bir dənə nar yemək yeyilmiş qidaların həzmini asanlaşdırır. Turş nar mədədəki dəyişikliklərdən qaynaqlanan öymə hissinə də təsir edir.

İnfeksiya, iltihab və yaralara qarşı faydaları

Ümumi mənada insan sağlamlığına faydası olan narın ayrıca təbii antibiotik təsiri olduğunu söyləmişdik. Bədənimizin içərisində olan orqanlarda meydana gələ biləcək iltihab və yaralara faydası olduğu kimi, dərimizdə meydana gələn yara və iltihablara da önləyici təsiri vardır. Dərinizin hər hansı bir yerində meydana gələn yara və ya iltihablara da nar qabığını sürtərək sağalmasını təmin edə bilərsiniz.

Nar gənclik iksiri kimi

1479499031_pome

Narın ehtiva etdiyi maddələrin kosmetik məhsullarda da istifadə edildiyini bilirdinizmi? Xüsusilə Amerika və Çində aparılan araşdırmaların nəticəsi kosmetik şirkətlərin də diqqətini çəkib. Hətta artıq bəzi kosmetik məhsullarda narın tərkibindəki bəzi elementlərdən istifadə etməyə başlayıblar. Narın tərkibindəki olan antioksidantlar kosmetik məhsullarında istifadə edilir. Buna görə üz maskaları hazırlarkən narın suyu və qaynadılmış nar qabıqlarından faydalana bilərsiniz.

Buraya qədər narın ümumi mənada faydalarından bəhs etdik. İndi isə digər növlərinin və fərqli tətbiqlərinin faydalarından bəhs edəcəyik:

Qüdrət narı və ya acı qovun

12_t

Afrika və Asiyada yetişir. Tərkibində xeyli dərəcədə E, C vitaminləri və zülallar var.

1.Qəbzliyi aradan qaldırır.

2.Hüceyrələrin yenilənməsinə kömək edir.

3.Xərçəng hüceyrələrinin yayılma sürətini azaldır.

4.Maddələr mübadiləsini sürətləndirir və immunitet sistemini gücləndirir.

5.Yarpaqlarından dəmlənən çay qaraciyərə faydalıdır, qanda şəkəri tənzimləyir.

6.Ekzema və sədəf xəstəliklərinə yaxşı təsir edir.

Nar şirəsinin faydaları

Ümumi mənada narın faydalarını artıq bilirik. Lakin nar şirəsinin insan sağlamlığına faydasının özel bir yeri vardır. Qısaca faydalarını sıralayaq:

1.Qrip viruslarını yox edir, qrip infeksiyalarına qarşı çox təsirlidir.

2.Qanda oksidləşnməyə mane olur, bunu ehtiva etdiyi antioksidantlar sayəsində edir.

3.Nar antibioktiklərlə birlikdə istifadədə güclü bakteriyaları məhv edir.

4.Ürək və damar sağlamlığının qorunmasını təmin edir. Damar tıxanıqlığının qarşısını alma təsiri var.

5.Xolesterol və şəkəri tarazlaşdırır

6.Yel xəstəliyi və oynaq ağırlarının olduğu bölgələrə tətbiq etdikdə ağrıkəsici təsir göstərir.

7.Başgicəllənmələrinə qarşı nar şirəsi içilə bilər.

Nar şirəsi çəkilərkən ümumi bir səhv buraxılır: şirə yalnız nar dənəsindən alınır. Halbuki qabıq daxil olmaqla meyvənin bütün hissələrindən istifadə olunmalıdır. Lakin nar qabığının təsiri çox güclü olduğu üçün zəhərlənmə baş verə bilər. Buna görə qabığın hamısı deyil bir qisimi və yaxud cuzi qismindən istifadə olunmalıdır.

Narın zərərləri

Nar çox yüksək miqdarda vitamin ehtiva etdiyi üçün hamilə qadınların, mədə və bağırsaq xəstələrinin, uşaqların həddindən artıq istifadə etməyi ziyanlıdır. Çox tezliklə həzm edilsə də bəzi insanlarda şişkinlik meydana gətirə bilər. Qızdırmalı xəstələrin diqqətli olmağı lazımdır.

Tövsiyələr

Nar qış aylarında yetişdiyi üçün ilin bu vaxtında təzə narı tapmaq mümkündür. Qış aylarında qrip kimi epidemiya xəstəlikləridə artım olur. Xüsusilə müxtəlif infeksiyaların səbəb olduğu və yoluxucu bir xəstəlik olan qripə qarşı son dərəcə təsirli bir meyvədir. Bu cür xəstəliklərə əvvəldən tədbir almağın ən məntiqli yollarından biri mövsümi qida maddələrini davamlı olaraq qəbul etməyiniz məsləhətdir.

Qəmər Şahbaz