XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2016 - 16:45

Planetin sirli güşələri:Qiyamət anbarı

as

Şumer rəvayətlərində, İncil və Quranda bəhs edilən “Nuhun gəmisi” haqqında hamımız bilirik. Əfsanəyə görə, Nuh peyğəmbər qiyamət zamanı bütün canlılardan bir cüt götürüb gəmisində qoruyaraq yerüzündəki həyatın davam etməsinə nail olub. 1983-cü ildə Norveçdə hazırlanmış “Kürəsəl toxum anbarı” layihəsi bizə bu əfsanəni xatırladır. Bu “qiyamət anbarı” yerüzündəki bitki örtüyünün tamamilə məhv olması ehtimalına qarşı yaradılıb. Orada dünyadakı bütün toxumlardan var, yəni bir növ bitkilər üçün “Nuh gəmisi”dir.

Anbar Norveçin şimalındakı Şpisbergen adasında yerləşir. Buzlaqlarla əhatəli bir dağın altında 130 metr dərinlikdə tikilib və 9 milyon dollara başa gəlib. Anbar 2008-ci ildən fəaliyyətdədir. Bu qədər əhəmiyyətli bir yeri qarlı dağlardan daha yaxşı nə qoruya bilər ki?!..

1

Divarları nüvə bombalarına belə dözümlü olan anbarda dünyada baş verəcək müharibə, qlobal istiləşmə və ya hər hansı bir fəlakətdən sonra həyatda qalmağı bacaran insanlar üçün 4 milyon növ toxum saxlanılır. Təxminən, yüz ölkədən toplanan toxum nümunələri Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu tərəfindən təşkil edilib. Dünyanın hər tərəfindəki toxum banklarından buraya xırda növ buğda və düyüdən tutmuş immunitet gücləndirici soyaya qədər bitki toxumları göndərilir. Əfqanıstan və İraqdakı toxum bankları isə 2006-cı ildə müharibə nəticəsində məhv edilib.

Dörd milyon meyvə, tərəvəz və taxıl toxumu burada mükəmməl şəkildə mühafizə edilir. Şimal qütbündən yüzlərlə kilometr uzaqda yerləşən anbarın içindəki hərarət mənfi 18 dərəcəyə qədər aşağı salınıb. Bu inanılmaz bir uğurdur.

Layihənin və Qlobal Məhsul Növləri Mərkəzinin (GDTC) rəhbəri Keri Fauler anbar haqqında bunları deyib: “Toxum anbarı əkinçiliyimizin yox olmasına mane olmaq üçün sonuncu müdafiə tədbirlərindən biridir. Həqiqət budur ki, insanlar dinozavrların nəslinin tükəndiyindən xəbərdardır, ancaq çox təəssüf ki, heç kim əkinçiliyin də bu təhlükə ilə qarşı-qarşıya qaldığını hiss etmir. Yığılan toxumlar qida ehtiyacımızın ödənməsi baxımından həyati əhəmiyyət daşıyır. Bizim bu anbara ehtiyacımız var. Çünki yaşamaq üçün əkinçiliyin iqlim dəyişikliyinə, zərərli böcəklərə, xəstəliklərə, quraqlığa qarşı adaptasiyasını təmin etmək məcburiyyətindəyik”.

2

Anbarın maliyyə dəstəyini də Qlobal Məhsul Növləri Mərkəzi təmin edir. ABŞ, İngiltərə, Norveç, Almaniya, İsveçrə və Kanadanın dövlət fondlarından da buraya pul köçürülür. Microsoftun qurucusu Bil Qeyts isə nəqliyyat xərclərini ödəyir.

Amerikalı tarixçi və jurnalist Fridrix Uilyam İngdah 2007-ci ildə nəşr edilən "Ölüm toxumları" adlı kitabında Norveçin şimalındakı Şpitsbergen adasında "dünyanı iqtisadi və genetik olaraq ələ keçirmə planları"nın həyata keçirildiyini iddia edir.

Qəmər Şahbaz