XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2016 - 15:56

Dünyanın ən böyük muzeyinin Honkonqdafilialı açılacaq

Pekində yerləşən dünyanın ən böyük muzey kompleksi olan "Ququn" (Bağlı şəhər) Honkonqda filialını açacaq.

Az'rtac "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati rayonunun administrasiyası "Ququn" administrasiyası ilə müvafiq memorandum imzalayıb.

Filial Qərbi Koulun rayonunun mədəniyyət mərkəzində yerləşəcək. Kompleks 10 min kvadratmetr sahəni əhatə edəcək. Kompleksin təxminən 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Muzeyin daimi ekspozisiyası "Ququn", Çinin mədəniyyəti və ölkənin hökmdar sülalələrinin tarixindən bəhs edən sərgilərdən ibarət olacaq.