XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 16:31

İnnovasiyalı elektron “kağız”- FOTO

Dünyanın ən məşhur zərgərlik şirkətlərindən olan “Montblanc” innovasiyalı elektron “kağız” istehsal edib.

Azərtac xarici saytlara istinadla xəbər verir ki, “Augmented paper” adlanan bu cihaz qələm ilə yazılmış mətni və çəkilmiş rəsmləri smartfonların yaddaşına ötürmək, redaktə etmək, müxtəlif insanlara göndərmək və ya rəqəmsal mətnə çevirmək qabiliyyətinə malikdir.

Cihaz rus, ingilis, alman, italyan, çin və digər dillərdə əlyazma mətnlərini tanıya bilir. Rəqəmsal bloknotun batareyası səkkiz saatadək fasiləsiz işləyir. “Augmented paper”in yaddaşında 100 səhifəyədək yazılı mətni saxlamaq mümkündür.

Gələn il satışa çıxarılacaq cihazın qiyməti hələlik məlum deyil.