XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 11:52

Tokio-2020 Olimpiadasında süni intellektdənistifadə olunacaq

Yaponiyanın elektronika sahəsində tanınmış şirkətləri 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı süni intellektin istifadə olunduğu yeni texnologiyaların tətbiqini planlaşdırırlar.

Belə ki, “Fujitsu” şirkəti gimnastların yerinə yetirdiyi hərəkətlər zamanı hakimlərin çətinlik çəkdiyi məqamları yüngülləşdirmək və hər bir hərəkəti dəqiq qiymətləndirmək üçün yeni süni intellekt texnologiyası hazırlayır.

Şirkətdən bildirildiyinə görə, yeni üçüölçülü sensorlar saniyədə 2 milyon 300 min lazer şüası buraxmağa imkan verir. Bu, gimnastın skeletinin bütün hərəkətlərini göstərməklə, onun bədəninin aldığı vəziyyətləri tam təhlil etməyə şərait yaradır(azərtac).