XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2017 - 20:15

Azərbaycanlıların ötən il “Google”də ən çox axtardıqları –Heroin, Trampın arvadı, “C” vitamini...

gogle-ax

Azərbaycanlıların ötən il Google axtarış saytında ən çox axtardığı sözlər bəlli olub.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, Google axtarış saytının xüsusi trend proqramı var. Son bir ildə Azərbaycanda internetdə səhiyyə və sağlamlıq sahəsində ən çox axtarılan, daha doğrusu, axtarış sayı ən çox artan söz hansıdır?  Həmin proqrama görə, Azərbaycanda səhiyyə, sağlamlıq sahəsində axtarışında ən çox artım olan söz “heroin”dir!

İnternetdə “heroin” yazıb, axtarışa verilməsi 500 faiz artıb. Ancaq bu, ola bilər ki, heroin istifadəsinə artan maraqla bağlı deyil. Axtarışında ən çox artım olan sağlamlıq mövzuları arasında 3-cü yerdə Parkinson xəstəliyidir. Onun internetdə axtarışları 130 faiz artıb. Siqaret 9-cu yerdədir. Yəqin, dükanlarda siqaret bahalandığına görə, insanlar internetdən ucuz yer axtarırlar. Belə axtarış 50 faiz artıb. C vitamini 12-cidir. Onun internetdə- vebsaytlarda axtarışı bir ildə 40 faiz artıb.

LALAFO

Bütün kateqoriyalar üzrə Azərbaycanda bir ildə internetdə axatrışında ən böyük artım olan söz isə pulsuz elanlar saytı "lalafo"dur. Maraqlıdır ki, “lalafo” birinci yerdə, lalafo.az ikinci yerdədir. Onlardakı artım 3500 faizdən çoxdur, bu faiz hətta göstərilməyib. 3-cü yerdə N309 serialıdır. 6-cı yerdə “Facebook-a giriş”-dir. Keçən il Türkiyədə öldürülən qanuni oğru Rövşən Lənkəranski haqda internetdə axtarış 450 faiz artıb. O, 7-ci yerdədir. Əmrahbank 14-cü yerdəddir. Dolların məzənnəsi 19-cu yerdə qərar tutub. Dolların məzənnəsini axtarışa veriməsi 140 faiz artıb. Maraqlıdır ki, birinci 25-likdə “SOCAR-da vakansiya” da var. Dövlət Neft Şirkəti SOCAR-da boş yer axtaranlar bir ildə 100 faiz artıb.

MELANİA TRAMP

Bəs xəbər üçün saytlarda azərbaycanlılar bir ildə ən çox nə ilə maraqlanıblar? Nədə ən böyük artım olub? "Referendum" yazıb axtarışa verənlərin sayında bir ildə 4 min faiz artım olub. Bu da təbiidir. Keçən il Azərbaycanda referendum oldu. Ancaq artıma görə “referendum” sözünün axtarışı Azərbaycanda birinci yerdə deyil, yalnız 2-ci yerdədir.

Axtarışında ən çox artım olan “ Melania Tramp”-dır. Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın model xanımı Melania Trampın adını yazıb axtarışa verənlər 4 min faizdən çox artıb. Bu faiz hətta göstərilmir.

ABŞ-da prezident seçkilərinin özünə isə Azərbaycanda maraq Melania Trampa maraqdan az olub- bu seçki 3-cü yerdədir. Donald Trampın özü isə 4-cüdür.

Bəs Qarabağ problemi? Qarabağ … 9-cu yerdədir.