XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2017 - 16:43

Öz ölümünü əvvəlcədən dəqiq hesablamış dahi riyaziyyatçı –Abraham de Muavr

laplace

Şansa inanırsınızmı? Yəqin ki, çoxumuz inanırıq. Bəs şans nədir? Şans məntiqlə açıqlana bilməyən təsadüfi hadisələrin izahıdır. 1801-ci ildə fransız fiziki Markus Pyer Simon LaplasEhtimallar haqqında təcrübələr” adlı kitabında bir nəzəriyyə açıqlayıb. Məqalədə kainatdakı hər atomun yeri və hərəkətini bildikdə kosmosun və kainatın bütün keçmiş və gələcəyini də görməyin mümkün olduğu iddia edilir. Daha sonra həmin nəzəriyyə  “Laplas şeytanı” adlandırılıb. Laplas yazıb: “Kosmosun indiki halını keçmişin nəticəsi və gələcəyin səbəbi olaraq düşünə bilərik. Bir an üçün kosmosun bütün qüvvələri və onu təşkil edən bütün varlıqların mövqelərini anlaya bilən bir canlı olduğunu düşünsək və onun bu məlumatları araşdıra biləcəyini də nəzərə alsaq, eyni anda kosmosdakı ən böyük varlıqlardan ən kiçik atomlara qədər hər şeyi ehtiva edərək hesablayırsa, heç bir şey qeyri-müəyyən deyil və gələcək də eynən keçmiş kimi onun gözlərinin önündədir”.   

Bu düşüncə cərəyanına determinizm deyilir. Yəni heç nə naməlum deyil, hər şey özündən əvvəlki səbəbin nəticəsidir – biz bu səbəbi bilsək də, bilməsək də. Bu o deməkdir ki, mümkün olmayan şey yoxdur, sadəcə, bəlli ehtimallar daxilində olan hadisələr var və ya yoxdur. Bəs biz bu ehtimalları təxmin edə bilərikmi, yəni gələcəyi bilmək mümkündürmü?

abraham-de-moivre

Abraham de Muavr

1700-cü illərdə Londonda yaşayan fransız əsilli ingilis alim Abraham de Muavr ölümü ilə bizə heç nəyin təsadüf olmadığını, bəlli hesablamalarla gələcəyi təxmin etməyin mümkünlüyünü göstərib. Abraham de Muavr fransız olsa da, 1685-ci ildə protestantlıq Fransada ləğv edildiyi üçün ailəsi ilə birlikdə İngiltərəyə köçüb. De Muavr analitik həndəsə və ehtimal nəzəriyyəsi sahələrinin inkişafında qabaqcıl işlər görüb. Bu dahi şəxsiyyət gündəlik yaşayışı təmin etmək üçün şahmat yarışlarına qatılırdı. Kasıb həyat yaşamasına baxmayaraq 1697-ci ildə İngiltərə Kral Cəmiyyətinin üzvü seçilib və kompleks ədədlər üçün ifadə olunan düsturu yaradıb.

De Muavr mümkünsüz olan nəzəriyyəni möcüzə ilə deyil, riyazi hesablamalarla göstərib. Həyatının sonlarına yaxın hər gecə 15 dəqiqə çox yatdığını dərk etdi. Alimin hesablamalarına görə, yuxusu hər gecə 15 dəqiqə uzanırsa, 24 saat yuxu yatdığı gün ölməli idi. De Muavr 27 noyabr 1754-cü ildə – tam olaraq hesabladığı gündə ölüb. Təbii ki, bu nəzəriyyəni sübut etməsə də, mümkün olduğunu göstərdi.

De Muavrın "Şansın doktrinası" adlı 52 səhifəlik əsəri Laplasın işləri üçün təməl meydana gətirib. Ehtimal nəzəriyyəsi mövzusunda ilk iş olduğu üçün əhəmiyyəti böyükdür. Laplas ilk dəfə riyaziyyatda ehtimal nəzəriyyəsini və Qaus paylanması adlandırdığımız sistemi də funksional olaraq istifadə edən adamdır.

Son olaraq qeyd etmək istəyirəm ki, elmdə məntiqdən kənar heç nə yoxdur, sadəcə hadisələri başa düşməyimiz üçün lazımı qədər məlumata sahib deyilik.