XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 20:17

62 min dollarlıqkonteyner-ev

Amerikalı dizayner özünün yaşaması üçün 29,7 kvadratmetr sahəyə malik ev düzəldib.

Azərtac “Novate.ru” saytına istinadla bildirir ki, evin əsasını köhnə dəniz konteyneri təşkil edib.

Kiçik evin küncündə ikiyataqlı çarpayı və şkaf yerləşdirilib. Evin mərkəzi hissəsində 2 kreslo, onunla üzbəüz isə elektrik qızdırıcısı qoyulub.

Mətbəxdə isə soyuducu, mikrodalğalı soba, qabyuyan maşın var. ABŞ-ın Kolorado ştatındakı konteyner-evin qiyməti 62 min dollardır.