XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 09:13

Qarabağ Qazilərinin himni yayıldı –VİDEO

qazi

Strateq.az Moderator.az saytına istinadən Qarabağ qazilərinin himnini yayır. Bu himn ilk dəfədir geniş ictimaiyyət üçün yayımlanır. Himn 1999-2000-ci illərdə Qarabağ Əlillər Cəmiyyətinin sədri Etimad Əsədovun və birliyin idarə heyətinin üzvü Firudin Məmmədovun təşəbbüsü ilə hazırlanıb.

Himnin orjinalı hazırda əldə deyil. Bu video Qarabağ qazilərindən birinin 2004-cü ildə keçirilən toyundan götürülüb.

Qarabağ qazilərinin himni

Sözləri: Dilarə Şahid

Musiqisi: Nailə Mirməmmədli

 

And içmişik bayrağa

And içmişik torpağa,

Məşəl tək alov saçan

Müqəddəs od-ocağa

 

O qanlı yaddaşına

Torpağına, daşına

Canımız qurban olsun

Gözdən axan yaşına

 

Vətəndir vüqarımız

Əhdimiz, ilqarımız

Biz bu yoldan dönmərik

Azadlıq şüarımız

 

Biz qazi qardaşlarıq

Biz qazi qardaşlarıq

Son damla qana qədər

Düşmənə od vurarıq

Biz qazi qardaşlarıq