XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2017 - 11:56

Dünyanın ən səssiz guşəsi –Orfild laboratoriyası

1-or

Amerikanın Minapolis ştatındakı laboratoriya səssizlik anlayışınızı dəyişəcək.

Strateq.az xarici nəşrə istinadən bildirir ki, Orfild laboratoriyası adlandırılan bu otaq dünyanın ən səssiz yeri olaraq Ginnesin rekordlar kitabına düşüb.

Otaqda səsin səviyyəsi 9 desibelə qədər aşağı salınıb. Bu isə mütləq səssizlik deməkdir. Çünki insan qulağı 30 desibeldən yüksək səsləri eşidə bilir.

Otaq 1 metr qalınlığında fiberqlas akustik parçalardan, izoliyasiya edilmiş 2 qat polad divar və 35 santimetr qalınlığında beton örtüklərdən hazırlanıb.

2or

Orfild laboratoriyalarının qurucusu Stiven Orfild deyir ki, “ Hərəkət edərkən istiqamətimizi səslərə görə təyin edirik. Amma bu əks-sədasız otaqda mümkün deyil. Tarazlığımızı saxlamaq üçün heç bir köməyimiz olmur”.

Bu otaqda ən çox 45 dəqiqə qalmaq mümkündür. Stiven Orfild İngiltərənin “Daily mail” qəzetinə verdiyi açıqlamada “ İnsanlara otaqda oturmaqları üçün meydan oxuyuruq. Ürək döyüntülərinizi, ağciyərlərinizin səsini, qarnınızın qurultusunu eşidəcəksiniz. Səssiz otaqda səs siz olacaqsınız” deyib.

NASA daxil olmaqla Amerikadakı bir çox qurumlar bu otaqdan istifadə edir.