XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

09 Yanvar 2017 - 11:52

Xalq təbabəti xəzinəmizdən –öskürəyə qarşı təbii müalicə üsulları

man-coughing-jpg-653x0_q80_crop-smart

Mütəxəsisslər bildirir ki, fəsillər dəyişərkən xəstəliklər daha çox artır. Qış aylarında isə uşaqdan böyüyə hər kəs müxtəlif infeksiyalara yoluxur. Soyuqlama geniş yayılmış xəstəlikdir. Öskürək isə soyuqlama zamanı ən tez əmələ gələn və ən gec keçən simptomdur.

Öskürək zamanı ilk olaraq xəstənin yatdığı otağın havası tez-tez dəyişilməli, xəstə bol maye qəbul etməlidir. Lakin öskürəyin yaranma səbəbin də bilməliyik. Əgər öskürək iki həftədən artıq davam edirsə, bu, ciddi bir xəstəliyin əlmaməti ola bilər. Mütləq həkimə müraciət edilməlidir. Yox, əgər soyuqlama  simptomudursa, o zaman evdə təbii yolla müalicə edə bilərsiniz.

Resept 1. Bir çay qaşığı balı toz halındakı zəncəfillə qarışdırıb, məcun düzəldərək yeyin. Bu resept uşaqlar üçün uyğun deyil.

Resept 2. Sarımsaq kəskin iyinə görə sevilməsə də, güclü antibiotikdir. Öskürəyə qarşı çiy halda yemək məsləhətdir. Yeyə bilməsəniz, çayını dəmləyib içə bilərsiniz. Çay üçün 2-3 diş sarımsağı 2 stəkan suda 45 dəqiqə qaynadın. Qaynadıqdan sonra süzüb, 5 dəqiqədən bir 1-2 qurtum içilməlidir.

sarimsak-cayi

Resept 3. Duzlu su ilə qarqara boğazı yumuşaldır, öskürəyi yüngülləşdirir. Hazırlamaq üçün 2 stəkan suya 1 çay qaşığı duz əlavə edin, duz tamamilə əriyənə qədər qarışdırın. Lakin təsir üçün müntəzəm olaraq 2 saatdan bir qarqara etməlisiniz.

Resept 4. 1 çay qaşığı toz halında qara istiotu 1 çay qaşığı bal ilə qarışdırıb yeyin. Daha sonra üstündən 1 stəkan ilıq süd için.

İndi isə uşaqlar üçün uyğun olan üsullardan danışacağıq. İlk olaraq qeyd edək ki, gecələri uşağınızın yastığını dikəldərək yatmasını təmin edin. Bu vəziyyətdə daha rahat nəfəs alacaq.

Əgər öskürək bəlğəmlidirsə, qətiyyən siroplardan istifadə etməyin, çünki belə halda birinci bəlğəm təmizlənməlidir. Və uşağın yatdığı otaqda hava nəm olmalıdır. Bunun üçün otağa qaynadılmış çaydan qoya bilərsiniz, çaydandan çıxar buxar havanı nəm saxlayacaq.

make-a-natural-syrup-against-coughing-that-will-really-help

Resept 5.1 yaşdan yuxarı uşaqlar üçün doşab və istiot qarışığı faydalıdır. 2 çay qaşığı tut doşabına az miqdarda narın istiot qarışdırıb, gündə 1 qaşıq uşağınıza verin.

Resept 6. 1 stəkan alma sirkəsinə 1 çay qaşığı bal əlavə edilir, yaxşıca qarışdırılır. Gün ərzində uşağa içirdilir.

Resept 7. Efir yağlarını əzvay və arı mumu ilə qarışdıraraq kürək, boyun və sinə bölgəsini masaj edə bilərsiniz.

Resept 8.  Almanı qabıqlı halda darçın, zəncəfil, cökə, heyva və limonla birlikdə qaynadıb suyunu içirin. Uşağınızın sinəsini yumşaldacaq və öskürəyi kəsəcək.

Diqqət! Əgər mədə-bağırsaq sisteminizdə hər hansı xəstəlik və ya istifadə etdiyiniz dərman vasitələri varsa, reseptlərdən yararlanmağı məsləhət görmürük.

Qəmər Şahbaz