XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2017 - 13:30

Bədheybətlər həqiqətən də mövcudurmu? –Lox Ness əfsanəsi

Stirling-Paranormal-Festival-Loch-Ness-Monster-Talk-219424

Lox Ness İngiltərə adalarındakı 35 km uzunluğu, 2 km eni və 248 metr dərinliyində ən böyük göldür. Şotlandiyada yerləşən bu göl 100 ilə yaxındır ki, dünyanın diqqət mərkəzindədir. Lakin buna səbəb coğrafi xüsusiyyəti deyil. Lox Nessdə 65 milyon il əvvəl yaşamış su dinozavrını görənlər olub. İnsanlar onun adını Nessi qoyublar. Bu ad ona xoş hisslər bəsləndiyini göstərir.

Lox Ness bədheybəti haqqında ilk məlumatlar hələ 565-ci ildə ortaya çıxıb. Xristian mənbələrinə görə, Lox Nessdə müqəddəs Kolumbanın müridlərindən birinə bədheybət hücum edib. Müqəddəs Kolumba ona xaç göstərərək uzaqlaşmağını əmr edib və bədheybət onlara zərər vermədən uzaqlaşıb. Bu əfsanə haqqında professor Miranda Qrin deyir: “Bədheybətlərlə bağlı əfsanələr adətən gerçək hadisələrə əsaslanır. Yəni bu əfsanəni qələmə alan xristian yazarlar suda gördükləri iri balıqdan, ya da buna bənzər bir su heyvanından ilhamlanıblar”. 

1930-cu illərin əvvəlində Robert adlı dalğıc göldə üzən dinozavr gördüyünü iddia edib. Onun sözlərinə görə, bu  təxminən, 2 metr uzunluğunda, iri gövdəli və uzun boyunlu bir heyvan olub. O vaxtdan bəri Nessini 13 nəfər görüb. Həmçinin gölün səthində sürətli dalğalanmaların, anlaşılmaz canlıların şəkilləri və videoları mövcuddur.

Bu dəniz məməlisinin dünya gündəminə düşməsi 1934-cü ildə cərrah Robert Uilsonun şəkdiyi fotoşəkil sayəsində olub. Şəkildə Nessinin gövdəsinin bir hissəsi və uzun boynu görünür. Şəkildəki bədheybət sakinlərin təsvir etdiyi Nessi ilə eyni idi. Tanınmış, hər kəsin hörmət bəslədiyi Robert Uilson artıq elm adamlarına güclü bir dəlil vermişdi. Elə fotoşəkil “cərrahın fotosu” adlanır.

Loch-Ness-Monster

"Cərrahın fotosu"

2000-ci ildə isə şotland poçtalyon 100 metrdən çox aralıda Lox Ness gölündə hərəkət edən qaraltı video çəkib. Lakin sonradan bu əfsanəni  həvəskar kimi araşdıran bir şəxs kompüter proqramı vasitəsilə göldəki qaraltının arxası üstə üzən bir adam olduğunu subut edib.

Əvvəllər texnologiyanın bir çox sahəsi kifayət qədər inkişaf etmədiyi üçün araşdırmalar da tam şəkildə həyata keçirilmirdi. Ta ki sonar sisteminin kəşfinə qədər. Nəhayət bunun sayəsində həqiqətl bilinəcəkdi. Bir çox ölkələrdə komandalar yaradıldı, araşdırmalara başlandı. Sonar sistem vasiəsilə göl eninə-uzununa gəmilər vasitəsilə araşdırılıb, lakin heç bir qeyri-adi canlıya rast gəlinmədi.

“Lox Ness layihəsi”nin rəhbəri Adrian Şayn hər şeyə şübhəylə yanaşan, işində olduqca tələbkar insandır. O, bu məsələni ən təməl suallardan başlayaraq araşdırıb. Onun araşdırmalarına əsasən deyə bilərik ki, bu cür canlı növünün tək nümayəndəsi ola bilməz, mütləq sürü halındadır. Əgər həqiqətən də mövcuddurlarsa. İlk öncə qida resursundan başlamaq lazımdır. Bu qədər iri canlıların bəslənməsi üçün suda bol miqdarda balıq olmalıdır. Bunu öyrənməyin yolu göldəki planktonları və yosunları analiz etməkdir. Araşdırmalar Lox Nessdə, təxminən, 17-24 ton balıq olduğunu göstərib. Gölün ölçüsünə baxmayaraq balıqların sayı olduqca azdır. Bu qədər balıqla ancaq 10 ədəd 250 ton ağırlığında bədheybət qidalana bilər. Və ən önəmli məsələlərdən biri də Nessinin aid edildiyi məməli sinifidir. Onun plesiosavr növündən olduğu deyilir. Onlar suyun altında uzun müddət qala bilmirlər. Əgər belə olsaydı, onda 2 saatdan bir göldən çıxıb nəfəs almalıdırlar ki, bu da hamı aydın şəkildə görərdi. Lakin belə bir hadisə baş verməyib.

baltik

Baltik nərəsi

Yerli camaat inanırdı ki, Lox Nessin dərinliklərində Nessinin yaşadığı bir mağara var. Bu səbəbdən də axtaranlar onu tapa bilmirlər. Şotlandiyalı bir qayıqçı cihazlardan istifadə edərək gölün 248 metrdən daha dərin yerindən siqnal əldə edib. Bu da şayiələrin həqiqət ola biləcəyi demək idi. “National Geographic” kanalının “Naked science” komandası bu sirri açıb. Göldəki dərinliyi tapıb, ora sualtı kamera göndərib. Nəticədə heç bir mağara tapılmayıb, sərt qayalardan başqa heç nə yox idi.

Digər bir məsələ bəhs edilən canlı ilə gölün yaranma tarixləri arasındakı ziddiyətdir. Lox Ness gölü sonuncusu 11 min il əvvəl əriyən buzlaqlar sayəsində yaranıb. Bəs necə olur ki, 65 milyon il əvvəl yaşamış canlı burada görülüb? Şotlandiya reylefi üzrə mütəxəssis, geoloq Süart Marqo bunu belə izah edir: “Buzlaşma dövrünün sonlarında daşqınlar nəticəsində sel Nessini buraya gətirib, beləliklə də o burada mühafizə edilmiş ola bilər. Çünki araşdırmalarda bəlli olub ki, Lox Nessdən 30 km aralıdakı dərədən buraya daşqınlar olub”.

1994-cü ildə alimlər gölün ətrafından torf nümunəsi götürüb, laboratoriyada analiz ediblər. Alınan nəticəyə görə, göldə şor su qeydə alınmayıb. Bu da hipotezin yanlış olduğunu göstərir.

Layihənin rəhbəri Adrian Şayn bu sirri çözmək üçün  bir neçə fikir söyləyib. O düşünür ki, görünən heyvan 80 milyon il əvvəl nəsli tükənən Baltik nərəsi ola bilər. Uzunluğu 3 metr olan bu balığı son illərdə Lox Ness gölündə görənlər olub, həmçinin 1971-ci ildə bir balıqçı tərəfindən də tutulub. Lakin bu balıqlar olduqca yavaş üzür. Gölün səthində görünən sürətli dalğalara səbəb ola bilməz. Amma bu hadisələr üçün də məntiqli açıqlamalar var. Gölün eni dar olduğu üçün buradan keçən gəmilərin buraxdığı izlər bir müddət qalır və insanlar tərəfindən su altında üzən bədheybət kimi görünür.

Qəmər Şahbaz