SSRİ-nin dağılmasının 25 illiyini qeyd etmək üçün Belorus, Latviya və Moldova daxil olmaqla ölkə haqda qəribə faktları toplamağa, həmçinin SSRİ barədə ən təəccüblü şeyləri, o cümlədən alğasığmaz eksperimental avtobus dayanacaqlarını xatırlamağa başladıq.
Budur, Rusiya haqda bilmədiyiniz 59 fakt.
1.Hitler Leninqrdaın ələ keçiriləcəyi halda “Astoriya” otelində təntənəli nahar verməyi planlaşdırırdı.
2.Rusiyanın ən böyük muzeyi “Ermitaj” onun xəzinəsini gəmiricilərdən qoruyan 70-dən çox pişik üçün ev rolunu oynayır. Ənənə Böyük Pyotrun qızı imperatriça Yelizavetanın 1745-ci ildə verdiyi sərəncama gedib çıxır. Muzeyin mərmər döşənmiş dəhlizlərinin ümumi uzunluğu, demək olar, 22 km təşkil edir.
3.İməcilik – Rusiya şəhərləri sakinlərinin könüllü şəkildə çıxıb küçələri süpürüb səliqəyə saldığı gündür. İməciliklər inqilabdan sonra yaranıb, lakin bu gün də davam edir.
4. “Qızıl Meydan” adının kommunizmə heç bir dəxli yoxdur. O, nə zamansa “gözəl” demək olan “qırmızı” sözündən qaynaqlanır.
5.Qışda Moskvada çardaqlardan sallanan buz salxımları o qədər böyükdür ki, başınıza düşüb sizi öldürə bilər. Buna görə də binaların qabağındakı səkilər qadaqlanır.
6.Metronun İnqilab Meydanı stansiyasında burnu işıq saçan bürünc it heykəli var. Hesab olunur ki, buruna toxunmaq uğur gətirir.
7.Bu, Rusiyada yeganə it heykəli deyil. Həmçinin1957-ci ildə kosmosa yollanmış ilk it Laykanın da abidəsi var.
8.Toyuq pnəcəsindən sıyıq (soyuq yemək) delikates sayılır.
9.Onlar qarderobu sevirlər. Siz restorana, muzeyə, bara və yaxud qalereyaya girən kimi üst geyim və çantanızı qarderoba verməyi xahiş edirlər. Ən yaxşı qarderobları nənələr komandası effektli şəkildə idarə edir.
10. Yerli sakinlərin gül bağışlamağı incə etiket qaydaları ilə nizamlanır. Siz əmin olmalısınız ki, tək sayda gül bağışlayırsınız. Cüt sayda gülləri dəfnə aparmaq lazımdır.
11. Sankt-Peterburqda Petropavlovsk qalasına aparan körpünün altında dövşan heykəli quraşdırılıb. O, adada yaşamış və subasma kimi fəlakətlə mübarizə aparmış saysız-hesabsız dovşanların xatirəsinə qoyulub. Heykələ pul atmaq uğur gətirən iş sayılır.
12. Rusiyada paytaxtdan uzaqlaşdıqca maşınların sayı kəskin şəkildə azalır, saç düzümü isə getdikcə daha da qəribələşir.
13.Onlar əyyaşlıq üzrə Belorus, Moldova və Litvadan geri qalmaqla dünyada dördüncü yeri tuturlar. Böyük Britaniya 25-ci yerdədir.
14. “Vodka” (araq) sözü “voda” (su) sözündən əmələ gəlib.
15.Kişilərin ömrünün gözlənilən uzunluğu KXDR və yaxud İraqdakından az olmaqla 63 ildir. Bu göstərici qadınlar üçün isə 75 ildir.
16.İtırqan adasında “Balina skeletləri xiyabanı” yerləşir. Burada dəniz məməlilərinin qalıqları var.
17.Moskva yeraltı lağımları, ehtimal ki, dünyada ən gözəl lağımlardır.
18.Ümumməqbul fikrə görə, hərbi bunkerləri birləşdirən daha bir yeraltı məxfi lağm var.
19. Onlar hər şeyi – xiyarı, çuğunduru və keçmiş rəhbərləri turşuya qoyurlar.
20. Moskvada sərasər qıfıllar asılmış ağaclar görmək olar. Cütlüklər qıfılları sevgilərinin sübutu kimi asır.
21. Leninqradın qəhrəman müdafiəçiləri Monumentinin altındakı sərdabə muzeydə yalnız bir səs – metronomun tıqqıltısı eşidilir. Yerli radio mühasirə zamanı metronom tıqqıltısı verirdi ki, sakinlər şəhərin hələ də sağ olduğunu bilsinlər.
22.Hesab edilir ki, hərarət Selsi üzrə -20 dərəcədən aşağı düşməyibsə, yalnız zəif adam qulaqlı papağın qulağını açır.
23.Moskvada yol hərəkəti o qədər dəhşətlidir ki, varlı ruslar tıxacdan keçmək üçün saxta təcili yardım maşını tuturlar.
24. Moskva yıxılmış abidələr Parkında sovet dövrünün arzuolunmaz xeyli heykəli, həmçinin müasir incəsənət nümunələri qoyulub.
25. Rusiyada qadınlar kişilərdən haradasa 11 milyon nəfər çoxdur.
26. Ehtimala görə, polislərin 50%-i rüşvət götürür.
27.Moskvada bütün heyətin ekizlərdən ibarət olduğu restoran var.
28. Orada təkcə tundra və tayqa yoxdur, həm də vulkanlar üzərində gəzmək olar.
29. Turist obyektlərinin əksəriyyətində giriş üçün əcnəbilərdən daha yüksək ödəniş tələb olunur. Bu, düzgün deyil, amma heç nə etmək olmaz və şikayət mənasızdır.
30. Pəhrizkar Yakovlyev birinci növbədə Müqəddəs Vasili kilsəsinin memarı kimi məşhurlaşıb. Əfsanə danışır ki, çar İvan Qroznı bundan sonra buna bənzər daha nəsə inşa etməsin deyə onun gözlərini çıxartdırıb.
31. Rusiyada saat qurşaqları (11) istənilən ölkədəkindən çoxdur.
32. Hər şey daha yaxşı olsa da, Rusiya polisləri indiyədək bununla məşhurlaşb ki, “sənədlərə görə” əcnəbiləri silkələyirlər. Bütün sənədlərinizi həmişə özünüzlə gəzdirin.
33.II dünya savaşının ən böyük sirlərindən biri kəhrəba laylar, qızıl yarpaqlar və güzgülərlə bəzədilmiş Kəhrəba otağın taleyidir. O haçansa Çar kəndində Yekaterina sarayında yerləşirdi. Nasistlər onu oğurlayıb Köniqsberqə bərpa üçün gətiriblər. Kəhrəba otağın sonrakı taleyindən xəbər yoxdur.
34.Baykal gölündəki ən böyük ada Olxon şamançılıq mərkəzidir. Gölün cənub sahilində Şaman qadın qayası durur.
35. Qərb liderlərinə, ən azı, aeroportdakı rüsumsuz alver mağazasına görə sevinmirlər.
36.Ermitajda Ağ yeməkxanada buxarı rəfində saat var. O, 1917-ci il oktyabrın 25-ə keçən gecə bolşeviklər Kerenskinin Müvəqqəti hökumətini həbs edərkən saat 02.10-da dayanıb. Rusiya bu an kommunuizmə yuvarlanıb.
37.Mixail Qorbaçov romantik balladaları alboma yazdırıb. Vladimir Putuinin dzyudo yazılmış DVD diski var.
38. “Pepsi” şirkəti 1990-ci illərdə qısa bir dövrdə Rusiyanın sayəsində ən çox sualtı qayığa sahib idi.
39.Viza almadan bərədə qısa gəzinti ilə (Sankt-Peterburqdan ) Helsinkiyə səfər etmək mümkündür.
40. Rusiyada dünyanın ən qorxulu körpülərindən biri – 439 metrlik Səma körpüsü var.
41.Sankt-Peterburqda Petropavlovsk qalasının yanında çimərlik var. Soyuq suda çimməyin şəfa effekti verdiyini sayan və “morj” adlanan adamlar qışda çimmək üçün ora yığışırlar.
42. Sankt-Peterburqda Vasilyevsk adasında yetərincə qəribə bir kolleksiya var. Burada XV əsrin bir neçə Misir sfinksi və əcaib bioloji varlıqlar, Böyük Pyotrun şəxsi qulluqçusu olmuş azmanın skeleti və ürəyi saxlanır.
43. Bu il 1800 xizəkçi Şeregeş yamacına toplaşıb ki, Ginnesin rekordlar Kitabına düşsün.
44. Sakit və Atlantik okeanları arasında 20 min km-lik avtoyolun inşası üzrə iddialı plan mövcuddur.
45.Avropanın ən uzun çayı – Volqa Rusiyada yerləşir. Onun uzunluğu 3690 km-dir. 200-dən ox çay ona axır və Volqa ilə birlikdə onlarn ümumi uzunluğu 357 min km-dir.
46.Rusiyanın qulaqlar kimi tanınmış əmək-islah düşərgələri tezliklə “turist bazalarına” dönə bilər.
47. Ölkəni hər il 10 mindən çox Britaniya turisti ziyarət edir. Onların əksəriyyəti ancaq Moskva və Sankt-Peterburqa gedir.
48.Moskvadan, təxminən, 200 km-likdə Uqliç şəhərində Volqa üzərindəki ağ-qırmızı kilsə 1591-ci ildə İvan Qroznının oğlu, Ryurikoviçlər sülaləsinin son nümayəndəsi, səkkizyaşlı şahzadə Dmitrinin öldürüldüyü yeri nişan verir. Ehtimala görə, onu Boris Qodunovun göstərişi ilə qətlə yetiriblər. Moskva iğtişaşları sakitləşdirmək üçün müstəntiqlər göndərib və onlar müəyyən ediblər ki, şahzadə təsadüfən yıxılaraq bıçağın üzərinə düşüb və başı kəsilib (yerli sakinlər kinayə ilə əlavə ediblər: “Özü də yeddi dəfə bu cür olub”).
49. Dünyada ən soyuq yaşayış yeri – Oymyakon Rusiyada yerləşir. 1933-cü il fevralın 6-da orada Selsi üzrə – 67,7 dərəcə qeydə alınıb.
50. Ruslar bir dəfə yumru hərbi gəmi inşa ediblər.
51.Rusiyanın olimpiya komandası 1908-ci ildə London olimpiadasına 12 gün gec gəlib, çünki ölkədə hələ də Yulian təqvimindən istifadə olunurdu.
52.Kola yarımadasında tersk-saam dili yox olmaq həddindədir. Bu dildə cəmi iki nəfər danışır.
53. Küçədə balaca tütün dükanından köhnə markalar ala bilərsiniz.
54.Anri Truayyanın yazdığı Böyük Pyotrun bioqrafiyasına əsasən, çar oyuncaq əsgərlərini o qədər sevirdi ki, onlardan birinin kəlləsini gəmirmiş sıçiovulu asmaqla edam edib. O həmçinin saqqala vergi qoyub.
55. Rusiyada hər şeyin pulsuz olduğu kafelər şəbəkəsi var, lakin orada keçirilən vaxta görə pul ödəyirsiniz. Bu şəbəkənin şöbəsi bir neçə il əvvəl Londonda da meydana çıxıb.
56. Nüvə tullantıları yığıntısı olan Karaçay gölü o qədər radioaktivləşib ki, onun yanında bircə saat keçirsəniz, mütləq məhv olarsınız.
57. Sankt-Peterburqda bir muzey iddia edir ki, onun eksponatları arasında Rasputinin kəsilmiş və bankaya yerləşdirilmiş cinsiyyət üzvü var.
58. Onlar videoqeydiyyatçıları sevirlər.
59.Və hər şeyə əsasən, hərbi tematikada xizək kurortu inşa edirlər.
Tərcümə Strateq.az-ındır.