XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 13:00

“Fujitsu”dan dünyadaən yüngül noutbuk

Yaponiyanın “Fujitsu” şirkəti çəkisi 777 qram olan “Lifebook UH75/B1” yığcam noutbukunu təqdim edib. İstehsalçının iddiasına görə, bu, dünyada ən yüngül 13,3 düymlük leptopdur.

Azərtac “dailycomm.ru” saytına istinadən xəbər verir ki, yeni noutbuk 1920×1080 piksel təsvir ölçülü ekran, 2,5 QHs takt tezlikli “Intel Core i5-7200U” prosessoru və “Intel HD Graphics 60” daxili qrafik sürətləndiricisi ilə təchiz edilib.

İstehsalçının saytında yerləşdirilmiş informasiyaya əsasən, qurğu 4 giqabayt əməli yaddaş, 256 giqabayt sərtgövdəli daşıyıcı, “Wi-Fi 802.11ac” və “Bluetooth 4.1” simsiz rabitə modulları, “Gigabit Ethernet” şəbəkə interfeysi, 1 meqapiksel matrisli veb-kamera və “HDMI” portla təchiz edilə bilər. Qurğu “Windows 10 Home” əməliyyat sistemi ilə işləyir. Səsli daxiletmə və barmaq izinin tanınması funksiyaları nəzərdə tutulub.

Versiyadan asılı olaraq noutbuk 50 və ya 25 vatt/saat tutumunda olan litium-ion akkumulyatorlarla təchiz edilə bilər ki, bu da müvafiq olaraq 17 və 8,3 saat avtonom iş deməkdir. Aparatın qalınlığı 15,5 millimetr təşkil edir.

“Fujitsu” 2017-ci ilin fevralında “Lifebook UH75/B1” noutbukunun satışına başlayacaq. Yapon bazarında noutbukun dəyəri 1672 dollardan başlanacaq.