XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 16:10

Xalq təbabəti xəzinəmizdən –Naringi möcüzələri

3482bdfb-9301-4927-8d8c-6f1d8ba5b4b1

Qış aylarında ən çox sevilən meyvələrdən biri naringidir. Bu meyvənin mədəni halda yetişdirilmə tarixi dəqiq bilinməsə də, haqqında ilk dəfə 1778-ci il Çin əlyazmalarında bəhs edilir. Bəzi mənbələrə görə isə ilk növədə Hindistanda yetişdirilib, buradan Çin və Yaponiyaya yayılıb. Naringi Avropa və Amerikada isə XIX əsrin əvvəllərindən becərilməyə başlanıb.

Qış mövsümüdə yeyilən bu meyvə insan sağlamlığına faydaları ilə yanaşı, şirniyyat və kosmetika sahələrində də əvəzsiz məhsuldur.

C vitamini baxımından zəngin olan naringi bu xüsusiyyəti sayəsində zərərli maddələrə qarşı qoruyucudur. Buna görə də naringi xəstəliklərə yoluxma riskini azaldır.

Soyuqdəyməyə qarşı

Qış aylarında naringi yemək qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı bədənin müqaviməti artırır. Həmçinin qabığından çay dəmləyib içə bilərsiniz, həm immunitetinizi gücləndirəcək, həm də bu ətirli çayın dadını sevəcəksiniz.

Xolesterola qarşı

Naringinin tərkibində bədəndə xolesterolun yaranmasının qarşısını alan sinefrin maddəsi var. Sinefrin bitki və heyvanlarda olan alkloiddir, dərman vasitələrində istifadə edilir. Naringi həmçinin damar tutulmasının da qarşısını alır.

401494

Arıqlamağa kömək edir

Tərkibində bol miqdarda lif ehtiva edən naringi sizə artıq çəkidən qurtulmaq üçün iki yolla kömək edir. Birincisi, liflərin təsiri ilə toxluq hissi yaranır, ikincisi, həzm prosesini sürətləndirir. Bunun sayəsində rahatlıqla arıqlamaq olur.

Saçları qoruyur

Naringi saçınızın sağlamlığı üçün olduqca faydalıdır, xüsusilə zədələnmiş saçlar üçün əvəzsiz vitamindir. Tərkibindəki C vitamini saç tökülməsinim qarşısını alır və kimyəvi maddələrin vurduğu zərəri aradan qaldırır.

Naringi şirəsi

Naringi şirəsi, ən azı, meyvəsi qədər xəstəliklərə qarşı xeyirlidir. Xoş bir dadı olan naringi şirəsi xərçəng riskini azaldır, immunitet sisteminin müqavimətini artırır. Bununla yanaşı güclü antioksidantdır, qidalar vasitəsilə qəbul etdiyimiz dəmirin bədənimizdə çoxalmasının qarısını alır və tənzimləyir.

17894430-Tangerine-juice-Stock-Photo

Naringi qabığının xeyri

Əgər naringini yedikdən sonra qabığını atırsınıza, səhvə yol verirsiniz. Çünki bədənə xeyri çoxdur.

İlk olaraq qeyd edək ki, naringi qabığını çiy halda dəriyə sürtərkən ölü hüceyrələri təmizləyir, yumşaldır. Əsasən, quru dəri üçün xeyirlidir.

Naringi qabığından dəmlənən çayı mütəmadi içmək qanda xolesterolun səviyyəsini a.ağə salır. Eyni zamanda qara ciyər üçün də faydalıdır. Hamilə qadınların səhərlər keçirdiyi ürəkbulanmanın da qarşısını alır. Həmçinin tərkibindəki çoxsaylı minerallar sayəsində yorğunluğu götürür.

Resept. Konyaklı naringi mürəbbəsi:

0,5 kq naringi

0,5 kq şəkər tozu

2-3 xörək qaşığı konyak

Hazırlanması:

Yaxşı olar ki, xırda naringi götürəsiniz. Təmizləyin, dilimləyin, üzərinə şəkər tozu səpin, konyak gəzdirin, 1 gecə saxlayın.

Səhəri gün qaz piltəsinin üstünə qoyub, vam odda 40 dəqiqə qaynatmadan qızdırın. Sonra soyudub steril bankalara yığaraq yerdə saxlayın. Bu zaman 700 q mürəbbə alınır.

Naringinin ziyanı

İndiyə qədər naringinin sağlamlığa ziyanı haqqında fikir söylənməyib. Lakin həddindən artıq istifadə edildikdə bəzi problemlər yaşaya bilərsiniz.

Körpə uşaqlar çox yedikdə dərilərində iltihab və qızartılar yarana bilər.

Allergiyalı şəxslərdə qaşınma və dəri qızartısı törədə bilər.

Bir çox tibb mütəxəssisləri hamiləlik və əmizdirmə dövründə naringini çox yeməyi məsləhət görmürlər. Bu məsələ ilə bağlı dəqiq bir açıqlama olamasa da, hər ehtimala qarşı diqqətli olmaq lazımdır.

Qəmər Şahbaz