Çin alimləri dünyada ən güclü mini kompüter hazırlayıblar.
Azərtac vladtime.ru saytına istinadla xəbər verir ki, 45 qram çəkisi olan kompüter peyk telefonundan heç də fərqlənmir. Kompüterə maksimum iki qurğu qoşmaq olar. Qurğunun “Wi-Fi” şəbəkəsinə də qoşulması mümkündür. Həmçinin kompüterin 128 geqabayt həcmində yaddaş kartı və çox qızmaması üçün ventilyatoru da var.