XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2017 - 14:38

“Windows 10” əməliyyat sistemi əsasında işləyənilk “ağıllı” güzgü

Almaniyanın “Dirror” şirkəti divar güzgüsü və planşetin hibridi olan qurğular seriyasını satışa çıxarıb. “Dirror” qurğusu ilk rəqəmli güzgü olmasa da, “Windows 10” əməliyyat sistemi əsasında işləyən ilk kommersiya məhsulu hesab edilə bilər.

Azərtac mspoweruser.com saytına istinadla xəbər verir ki, “ağıllı” güzgülər üç müxtəlif versiyada istehsal edilir.

Şirkətdən bildirilib ki, “Dirror” güzgüləri Bluetooth 4.0 və Wi-Fi modulları ilə təchiz edilib, həmçinin “Cortana” səs köməkçisini dəstəkləyir.