Amerikalı iş qadını Lauren Pauell Cobs 20 milyard 500 min dollar sərvəti ilə dünyanın ən varlı qadınları siyahısında ilk beşlikdədir. O, sosial ədalət və ətraf mühitin mühafizəsi, təhsil və mühacirlər barədə islahat siyasətini dəstəkləyən “Emerson” təşkilatının qurucusu və prezdentidir.
Pauell 1963-cü il noyabrın 6-da Amerikanın Nyu-Cersi ştatında anadan olub. O, Pensilvaniya universitetinin elm və incəsənət məktəbində siyasət elmi üzrə təhsil alıb. 1991-ci ildə isə Stenford Ali Biznes məktəbinin magistratura dərəcəsini bitirib.
Lauren magistr təhsilini başa vurduqdan sonra “Goldman shachs” bankında maaşlı praktikant kimi fəaliyyət göstərib.
1989-cu ilin oktyabr ayında Lauren tələbələrin qatıldığı “Yuxarıdan baxış” adlı seminarda iştirak edib və bununla da onun bütün həyatı dəyişib. Seminarda çıxış edənlərdən biri də “Apple” şirkətinin qurucusu və idarəçisi Stiv Cobs idi. Lauren və Stiv həmin gün seminar barədə söhbət etdikdən sonra şam yeməyi yeyiblər və beləcə onların sevgi macərası başlanıb.
Cütlük 1991-ci il martın 18-də Yosemit Milli Parkında yerləşən “Ahwahee Hotel”də toyl edib. Toyun aparıcısı dzen-buddist keşiş Kobun Çino Otagavo (Cobun Chino Otogawo) idi. Onların 3 övladı olub – oğulları Rid (1991) , qızları Erin (1995) və Eve (1998).
Gözəl ailəsi və uğurlu iş həyatı Laurenə daha böyük işlər görmək üçün güc verib. O, bir çox layihələr həyata keçirən qurumlarla yanaşı təbii məhsulların pərakəndə satışı üzrə fəaliyyət göstərən “Achieva” şirkətində idarə heyətinin üzvüdür. Bu şirkət imkansız şagirdləri pulsuz dərs vəsaitlərilə təmin edir, universitetə hazırlaşmalarına sponsorluq edir.
Stiv Cobs 2011-ci il sentyabrın 5-də uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Ölümündən sonra bütün sərvəti Laurenə qalıb.
Lauren Pauell həyat yoldaşının vəfatından sonra işləri əvvəlki kimi idarə edə bilməyib. “Apple” şirkətinin səhmləri 2 ay ərzində 24% dəyərini itirib və Cobs ailəsinin sərvəti 9,9 milyard dollara enib.
Lakin ailə səhmlərin dəyərdən düşməyindən sonra daha sarsıdıcı bir xəbərlə mediada yer alıb. İddialara görə, Lauren Pauell həyat yoldaşının vəfatından cəmi 20 gün sonra Vaşinqtonun keçmiş bələdiyyə sədri Adrian Fenti (Adrian Fenty) ilə sevgi macərası yaşamağa başlayıb. Bunu mediaya Fentinin həyat yoldaşı açıqlayıb. Hadisədən 4 ay sonra isə Adrian Fenti həyat yoldaşından boşanıb, övladının vərəsəliyini isə rədd edib. Cobs ailəsinin yaxınlarından birinin dediyinə görə, Lauren ərindən boşanmaq qərarını çoxdan veribmiş, lakin Stivin xərçəng xəstəliyinə görə qərarından dönüb.
Pauell hal-hazırda 3 övladı ilə birlikdə Kaliforniya əyalətində yerləşən Palo-Alto şəhərində yaşayır.
2016-cı ildən bəri Cobs ailəsi “Forbes” jurnalında dünya milyarderləri siyahısında 44-cü yerdədir. Həmçinin Lauren Pauell həmin jurnalda texnologiya sənayesində ən varlı qadın olaraq 1-ci sıradadır.
Qəmər Şahbaz
Strateq.az