XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 08:23

Ərəblər Gürcüstandaşəhər salacaqlar

şəhər

Ərəblər Gürcüstanda kiçik şəhər tikəcəklər. Bu barədə bu gün jurnalistlərə açıqlamasında “Salim Ali Al Şamsi Real Estate” (BƏƏ) şirkətinin meneceri Əkbər Qureşi bildirib. Onun sözlərinə görə, layihə Gürcüstanın “Ventures & Investment” şirkəti ilə birgə həyata keçiriləcək.

Məlumata görə, yeni şəhərin Saquramoda salınmağı planlaşdırılır: “Tikinti üçün 35 ha torpaq sahəsi ayrılıb. Burada yaşayış evləri, dörd ulduzlu otel, fərdi villalar, restoran və kafelər, tibb mərkəzi, ticarət, idman və digər obyektlər tikiləcək. Şəhər tikilişində istirahət parkı və səadət sarayı da tikilməyi nəzərdə tutulub. Hazırkı mərhələdə tikinti şirkətləri üçün tender elan olunub və qələbə əldə edən şirkət bir neçə aydan sonra işə başlayacaq”, – deyə menecer bildirib.

Şirkət meneceri jurnalistlərə açıqlamasında 5 min əhalisi olan kiçik şəhərin tikintisinin 4 il ərzində həyata keçiriləcəyini və 2020-ci ildə başa çatacağını qeyd edib.

Qeyd edək ki, “Salim Ali Al Şamsi Real Estate” (BƏƏ) şirkəti 1990-cı ildə təsis edilib və Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı başda olmaqla layihələr həyata keçirir. (APA)