Niderlandın “Benthem Crouwel” memarlıq studiyası Amsterdam şəhərində avtobus sürücüləri üçün ofisin layihəsini təqdim edib. Məqsəd şəhər marşrutunda işləyən avtobus sürücülərinin iş şəraitinin yaxşılaşdırılmasıdır.
Azərtac “Arxinovosti” saytına istinadla bildirir ki, layihədə həmçinin anbar, işçi kabinələr və yeməkxana da nəzərdə tutulub.
Bina-ofisin rəngi avtobus dayanacağı ilə harmoniya təşkil edir.