XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 00:44

Şərif Əl-Bəsil: “Naxçıvan islam həmrəyliyinə öz töfhəsini verəcək” - VİDEO

Naxç 1

Birləşmiş Ərəb Əmirliklərinin  tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil ötən ilin oktyabrında Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında səfərdə olub və  ölkəmiz haqqında silsilə məqalələr hazırlayıb.

Birinci səfərində qədim diyardan xoş təəssürat alan Şərif Əl-Bəsil ötən günlərdə Naxçıvana ikinci səfərini edib və diyarımızın tarixi-mədəni abidələri, turizm obyektləri haqqında ətraflı məlumat toplayıb.

Strateq.az xəbər verir ki, Naxcivantv.az-a müsahibə verən Şərif Əl-Bəsil əvvəlcə Naxçıvanın turizm imkanlarının genişliyi barədə maraqlı fikirlər irəli sürdü: “Naxçıvan bir turistin gedə bilcəyi ən gözəl yerlərdən biridir. Burada turistlərin, o cümlədən müsəlman ailələrin mədəni istirahəti üçün geniş imkanlar mövcuddur. Turistlər istər mədəni, istərsə də dini abidələrlə tanış olmaq, istirahət vaxtlarını xoş keçirmək istəyirsə, bu diyara təşrif buyura bilərlər. Bu nöqteyi-nəzərdən Naxçıvanın turizm imkanlarını çox yüksək qiymətləndirirəm. Burada Nuh əfsanəsi ilə bağlı dağlar, eləcədə Əshabi-Kəhf və digər dini-tarixi yerlər mövcuddur. Hesab edirəm ki, turistlər bu hadisələrlə bağlı dolğun məlumat almaq üçün buraya gəlməkdə maraqlı olmalıdırlar”.

Muxtar respublikanın müalicəvi turizm imkanlarını xüsusi vurğulayan “Əl-Fəcr” qəzetinin baş redaktoru Naxçıvanındünyanın ən təmiz və abad şahərlərindən biri kimi onda xoş təəssürat oyatdığını da bildirdi: “Öz sağlamlıqlarını yaxşılaşdırmaq istəyən insanlar Naxçıvanın bu imkanlarından yararlana bilərlər. Əlbəttə, Naxçıvandakı Duzdağ haqqında eşidən hər kəs heyran olur. Maraqlısı budur ki, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər heç bir əlavə tədbir görmədən, sadəcə burada istirahət etməklə şəfa tapa bilərlər. Mən dünyanın bir çox yerində olmuşam. Diqqətimi cəlb edən şəhərlərdən biri də məhz Naxçıvandır. Təmiz, inkişaf etmiş, mədəni bir şəhərdir. Bu diyarı fərqləndirən əsas xüsusiyyətlərdən biri də əmin-amanlığın, sabitliyin hökm sürməsidir. Bunlara həm də onu əlavə etmək istəyirəm ki , Naxçıvan sakinləri mehriban və canayaxın insanlardır”.

Şərif Əl-Bəsil Naxçıvanı İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi qiymətləndirdi: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin tarazlı inkişafını diqqət mərkəzində saxlayır. Bunu Naxçıvanın timsalında da görmək mümkündür. Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması da bu inkişafı xarakterizə edən mühüm göstəricidir. Naxçıvan bu statusu əldə etməklə islam ölkələri arasında həmrəyliyin daha da möhkəmləndirilməsinə öz tövhəsini verəcək. Həmçinin, bu il ölkəniz İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışa ev sahibliyi edəcək. Bütün bunlar təsdiq edir ki, Azərbaycan islam dəyərlərinə və həmrəyliyinə böyük önəm verir”.

Naxcivantv.az