XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 23:33

Rus milyonçu Sakit okeanda 3 ada alır –"Çar Rusiyası" planı

anton-bikov

Rusiyalı milyonçu, Monarxiya Partiyasının təsisçisi Anton Bıkov Sputnik Mundo-ya müsahibəsində deyib ki, Kiribatiyə məxsus kimsəsiz adalardan üçünü alıb və orada monarxiya quruluşlu Rusiyanı bərpa etmək niyyətindədir.

Bakov çar Rusiyasını bərpa etmək üçün dünya boyu məkan axtarıb. Əvvəl Çernoqoriyada ada almaq istəyib.

Daha sonra Sakit okeanın cənubundakı Kuka adalarını nəzərdən keçirib.

Amma axırda Sakit okeanın mərkəzindəki adalarda yerləşən cırtdan ölkəni (əhalisi 100 min nəfərdir, 1979-cu ildə Britaniyanın müstəmləkəsi olmaqdan qurtulub müstəqillik qazanıb) seçib.

Kiribati

Kiribati

İndi milyonçu Kiribati hökuməti ilə danışıqlar aparır və 3 kiçik adanı icarəyə götürməyə çalışır. O, öz sərmayə planını 2015-ci ilin sonunda hökumətə təqdim edib.

Amma yalnız bu ilin əvvəlində Kiribati prezidenti Taneti Maamay yoxlama üçün həmin adalara gedib. Prezident qərarını fevralda açıqlaya bilər.

Bakov düşünür ki, Molden, Starbak və Millenium adaları onun ideyasına daha uyğundur. Orada biznes və turizm üçün infrastruktur qurmaq olar.

Layihənin reallaşması 10-15 il çəkə bilər.

Kiribati

Kiribati

Bu işə minəcən Kiribati vətəndaşını cəlb etmək nəzərdə tutulur. Bakov düşünür ki, Kiribati bu layihədən yetərincə bəhrələnə biləcək. Çünki adalara qoyulacaq pullar Kiribati tarixində ən böyük xarici sərmayə ola bilər.

Adaların iqlimi Bakovun çox xoşuna gəlib. Amma bilinmir ki, Rusiyadakı iqlimdən kəskin fərqlənən ekvatorial iqlim monarxiya tərəfdarı olan rusların ürəyincə olacaqmı və onlar oraya köçəcəklərmi?

Bakov bir şeyə əmindir ki, bu, turizm layihəsi kimi uğurlu olacaq.

Xatırladaq ki, Rusiyada monarxiyaya 1917-ci ilin bolşevik üsyanı ilə son qoyulub. Sonuncu rus çarı 2-ci Nikolay ailəsi ilə birlikdə güllələnib.

Kiribati

Kiribati