XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2017 - 11:10

Kainatdan Yer kürəsinə göndərilən ismarıc –“wow” siqnalı

JDK097l (1)

Maraqlıdır ki, hamımız kainatın uzaq nöqtələrində də yaşayışın olub-olmadığı ilə ciddi maraqlanırıq. Orada bizdən daha ağıllı, fantastik texnoloji imkanları olan qəribə canlıların mövcud olacağını düşünürük. Alimlər də bu yöndə həmişə axtarışlar aparır, müxtəlif ulduzlarda həyat əlamətləri arayırlar. Buna ən çox inanan alimlərdən biri amerikalı astronom Frenk Dreykdir. Astronom Otto Struverin planet sistemləri haqqında mühazirələrini dinlədikdən sonra onda digər planetlərdə həyat və sivilizasiyalara maraq oyanıb. O, SETİ (Search for extra-terrestrial intelligence – Dünya xaricində əlavə mədəniyyət axtarışı) layihəsinin yaradıcısıdır.

1977-ci il avqustun 15-də SETİ  layihəsinin kosmonavtı Cerri Ehman (Jerry Ehman) kosmosdan gələn radiosiqnal tutub. 72 saniyə davam edən siqnal Ohayo Dövlət Universitetinə aid “Big Ear” (Böyük qulaq) teleskopu ilə qeydə alınıb. Sonra dəfələrlə cəhd edilsə də, əalvə siqnal aşkarlanmayıb.

Wow_signal_location

Siqnalın gəldiyi yer

“Big Ear” teleskopu sabit idi və yerin öz oxu ətrafında fırlanması nəticəsində kosmosu incələyirdi. Yer kürəsinin fırlanma sürətini və teleskopun baxış bucağını nəzərə alsaq, deyə bilərik ki, kainatdakı hər hansı nöqətəni nəzərdən keçirmək 72 saniyə çəkir. Bu səbəbdən əgər siqnal kosmosdan gəlirsə, 72 saniyə çəkməli ilk 36 saniyə ərzində güclənməli, sonra isə zəifləməli idi. Bellə də olub, radiosiqnal bütün göstəricilərə uyğun idi.

Cerri Ehman siqnalın göstəricilərini çapdan çıxardıqdan sonra heyrət içində idi, siqnalın tezliyi  hidrogenin spektr xəttini xatırladıb. O, kağızda “Wow” (ingiliscə heyrət, azərbaycanca “ohu” deməkdir ) sözünü yazıb və siqnal sonralar elə bu cür də adlanıb.

Siqnal tezliyinin isə 1420.356 MHz olduğu iddial edilir. Bu inanılmazdır. Alim Kraus tərəfindən aparılan araşdırmalardan belə nəticəyə gəlmək olar ki, siqnal kosmosun, təxminən, oxatan bürcünün 5-ci görünmə kəmiyyətindəndən gəlib. Görünmə kəmiyyəti – astronomiyada Yer planetindəki izləyicinin atmosfersizlikdə gördüyü astronomik obyektin parlaqlığının ölçüsüdür.

Wow_signal

Siqnalın göstəriciləri

Dairə içinə alınan “EQUJ5” kodu isə siqnalın sıxlıq ölçüsünü göstərir. Burada sıxlıq deyəndə hər hansı rəqəm deyil, siqnal-parazit nisbəti nəzərdə tutulur. Formuldakı “U” kodu ən yüksək sıxlığa malik elementdir.  

1 ay sonra Ehman siqnalı yenidən tapmağa çalışıb, lakin nəticə ala bilməyib.

1987-ci ildə amerikalı kosmonavt, yazıçı və məlumat analitiki Robert Qrey Ohak Ridc (Oak Ridge) rəsədxanasında araşdırma aparıb, siqnalı yenidən tutmaq istəyib. Lakin heç nə tapa bilməyib. Alim 1995-1996-cı illərdə dünyanın ən güclü teleskopu VLA vasitəsilə 14 saat müşahidə aparsa da, yenə uğursuzluğa düçar olub.

“Wow” siqnalının fərqli bir sivlizasiyadan gəlmə ehtimalı yüksəkdir. Amma hər hansı ulduzlararası titrəşmə nəticəsində yaranmış siqnalın güclənmiş variantı da ola bilər. Lakin bu ehtimal biraz absurddur, çünki elə bir siqnalın təsadüfən Yer kürəsinə gəlməyi mümkün deyil.

Ehman əvvəllər bunun şüurlu şəkildə göndərildiyinə inanmasa da, sonralar müzakirələr nəticəsində fikrini dəyişib. Artıq ən böyük ehtimal budur ki, “Wow” başqa sivlizasiyadan bizə gödərilmiş siqnaldır. Siqnal əgər həqiqətən də bizə şüurlu şəkildə göndərilibsə, onda hələ ki tək ümidimizdir.

Qəmər Şahbaz