XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 14:24

ABŞ alimləri:Gözlərin rəngi insanın istedadından xəbər verir

gozler

ABŞ-da Luisvilla Universitetindən olan alimlərin fikrincə, gözün zirehli qişasının rəngi insan haqqında bir çox məlumat verə bilər.

AZƏRTAC Federal Xəbərlər Agentliyinin saytına istinadla bildirir ki, Luisvilla Universitetində aparılan tədqiqat gözün rənginə əsasən insanda olan istedadı müəyyən etməyə imkan verib.

Tədqiqatçıların hamısı razılaşmasa da, Luisvilla Universitetindən olan alimlər iddia edirlər ki, böyük istedada malik insanların genində tünd göy rəngli gözün kodu var. Mavigözlü insanlar da az istedadlı deyil. Onlar yüksək rəqabət qabiliyyətinə malikdir və öz məqsədlərinə nail ola bilirlər. Qonur gözlərin sahibləri isə bir o qədər də istedadlı deyil. Onlar öz ambisiyalarını həyata keçirə bilmədikləri üçün tez-tez bunun səbəbini başqasında axtarırlar.