XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2017 - 16:37

Bu ilin ilk Günəş tutulması hadisəsibaşlayıb

hava 00

Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, proses saat 16:12-də başlayıb, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsinin baş verəcəyi açıqlanıb.

İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsinin olmadığı, adi astronomik hadisə olduğu bildirilir.  (APA)