XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 11:39

Quşlar insanları depressiyadanxilas edəcək

Alimlər bildirirlər ki, quşların çox olduğu yerlərdə yaşayan insanlar depressiya, həyəcan və qorxudan daha az əziyyət çəkirlər. Eləcə də ağaclar bu cür təsirə malikdir.

Azərtac “mir24.tv” saytına istinadla xəbər verir ki, Ekseter Universiteti, Britaniya Ornitologiya Cəmiyyəti və Avstraliyanın Kvinslend Universitetindən bir qrup tədqiqatçının apardığı eksperiment nəticəsində müxtəlif yaşda və qazanc səviyyəsində olan 270 adam arasında sorğu keçirilib. Onların, demək olar ki, hamısı quşlara və ağaclara baxarkən ovqatlarının yaxşılaşdığını bildiriblər. Depressiyanın daha aşağı səviyyəsi isə səhər – quşların sayının çox olduğu vaxt qeydə alınıb. Tədqiqat zamanı ərazidə daha çox rast gəlinən qaratoyuq, birəbitdən, göy arıquşu və qarğadan istifadə edilib. Alimlər vurğulayırlar ki, sorğuya cəlb edilən adamlar quşların növünə fikir verməyiblər, onlar üçün qarşılıqlı təsir faktının özü maraqlı olub.

Alimlərin fikrincə, quşlara baxmaq insanlarda psixi pozulmaların profilaktikası ilə yanaşı, onların özlərini rahat hiss etməsinə və təbiətlə bağlılığı duymasına kömək edir.