XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2017 - 19:45

Kraliça II Elizabetin illik gəliri artırılacaq –Böyük Britaniya parlamenti qərar verdi

kralica-ingiltere

Böyük Britaniya parlamenti kraliça II Elizabetin illik gəlirini artırmağa hazırlaşır.

Parlamentin aşağı palatasında təsdiqlənən qanun layihəsinə görə, kraliçanın kral ailəsinə bağlı şirkətlərdən aldığı faiz payı 15 faizdən 25 faizədək artırılacaq. Bu təqdirdə kraliça Elizabetin illik gəliri 76 milyon funt sterlinqə çatacaq.

Qanun layihəsinə əsasən, kraliça artan gəliri ilə Bukinghem Sarayının 10 il çəkməsi və 360 milyon funt sterlinqə başa gəlməsi gözlənilən restavrasiyasında iştirak edəcək. Sarayda su və elektrik sistemi başda olmaqla, əsaslı yenidənqurma planlaşdırılır. Qanun layihəsi komissiyanın martın 2-də keçirilən iclasında lehinə 15, əleyhinə 2 səs olmaqla qəbul edilib.

Böyük Britaniya kraliçası II Elizabetin rəhbərlik etdiyi kral ailəsinin sərvəti ailəyə bağlı şirkətlər, daşınmaz əmlak, incəsənət kolleksiyaları və zinət əşyaları ilə birlikdə 20 milyard funt sterlinq təşkil edir. Təkcə Bukinghem Sarayının dəyərinin 2 milyard funt sterlinqdən yuxarı olduğu bildirilir. /Azertac