XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

22 Mart 2017 - 16:17

Londonda taksilərelektriklə də çalışacaq

Britaniyanın Koventri bölgəsində London taksilərinin yeni istehsal fabriki açılacaq. Dəyəri 300 milyon funt sterlinq olan zavod elektrik ilə işləyən taksilər istehsal edəcək.

Zavod illik 20 min nəqliyyat vasitəsi istehsal gücünə malik olacaq. Londonun özünəməxsus taksilərini 69 ildir ki, istehsal edən taksi şirkətində 1500-ə yaxın işçi çalışır. Yeni açılacaq zavodda isə min yeni iş yeri açılacaq.

Zavodun ilk taksilərinin bu ilin sonunda satışa buraxılacağı planlaşdırılır(azərtac).