XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 14:59

2017-ci ildə “cəhənnəm iqlimi” olacaq –Meteoroloqlardan xəbərdarlıq

Meteoroloqlar 2017-ci ildə “cəhənnəm iqlimi” olacağını xəbər verirlər.

Bu barədə Dünya Meteorologiya Təşkilatının (WMO) məruzəsində məlumat verilib. Məruzədə bildirilir ki, iqlim dəyişiklikləri dönməz xarakter ala bilər və elə bu il fəlakətli fəsadlar törədə bilər.

Azertac “İzvestiya” saytına istinadla xəbər verir ki, bu il WMO-nun iqlim üzrə məruzəsi ilk dəfə olaraq BMT ilə birgə hazırlanıb.

Məruzədə dəqiqləşdirilir ki, 2016-cı il meteoroloji müşahidələr tarixində ən isti il olub. Orta temperatur 2015-ci ildə qeydə alınmış maksimum göstəricidən 1,1°C yüksək olub. Meteoroloqlar güman edirlər ki, atmosferdə karbon qazının daim çoxalması, buzların əriməsinin sürətlənməsi nəticəsində iqlim dəyişikliyi Kaliforniyada leysanlara, Braziliyada quraqlığa, mərkəzi İtaliyada zəlzələyə gətirib çıxarıb.

WMO-nun proqramlar direktoru Devid Karlson bildirib ki, bu il daha isti olacaq – Dünya okeanı temperaturunun yüksəlməsi nəticəsində planetdə digər dəyişikliklər də gözlənilir.