XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2017 - 11:22

Lerikdə qeyri-adi təbiət hadisəsi baş verib –FOTO

Lerik rayonunda ötən gündən yağmağa başlayan qarın hündürlüyü 20 sm-ə çatıb.

Qarın yağması nəqliyyatın hərəkətində heç bir problem yaratmayıb.

Lakin qarın yağması ilə yanaşı qeyri-adi təbiət hadisəsinin də baş verdiyi bildirilir.

Rayonun Orand kənd bələdiyyəsinin sədri Hamil Mustafayev həyətinə yağan qarın üzərində soxulcanlar müşahidə etdiyini bildirib:

"Səhər yaxşı qar yağmışdı. Birdən həyətdə diqqətimi qarın üzərindəki qırmızı ləkələr cəlb etdi. Yaxına gedib baxanda təəccübləndim. Bunlar torpaqda olan soxulcanlar idi. Fikirləşdim ki, yəqin hardasa külək gölün suyunu göyə sovurub. Sonra tanışlarıma zəng etdim. Bildiyimə görə, Nuravud kəndində də belə bir hal müşahidə olunub". (Report)