Kanadanın Edmonton şəhərindən olan Barbara və Douglas Fink birgə həyatları ərzində 3-cü dəfə lotereya udublar.
Sonuncu uduş cütlük üçün daha böyük olaraq 8,2 milyon Kanada dolları (6,1 ABŞ dolları) təşkil edib. Buna qədər cütlük 1989-cu ildə 128 min, 2010-cu ildə 100 min Kanada dolları udublar. O zaman cütlük 128 min dolları 4 dost arasında bölüb.
“Western Kanada Lottery” şirkəti tərəfindən yayılan press-relizdə bildirilir ki, cütlük tərəfindən udulan bu pul şirkət tərəfindən oynanılan ən böyük məbləğdir. Fink cütlüyündən savayı yalnız bir nəfər lotereya biletinin 6 nömrəsini düzgün tapıb.
Ər-arvad artıq udulan məbləği nəyə xərcləyəcəklərini müəyyən ediblər.
"Ailə hər şeydən əvvəl gəlir. Biz qızlarımız və nəvələrimizin ehtiyaclarını təmin etmək istəyirik",- deyə Barbara Fink lotereya təşkilatçılarına bildirib.
Barbaranın həyat yoldaşı Duqlas Fink isə səyahət etmək istədiklərini və yeni ev almağı düşündüklərini söyləyib: "Barbara yeni ev arzulayır və o bu evə sahib olacaq".
Barbara Fink uduşunu bildiyi zaman şəhərdən kənarda işləyən ərinə zəng edib.
Douglas işilə bağlı telefon zənginə dərhal cavab verməyib. Lakin 5 dəqiqə sonra ərilə danışmaga nail olan Barbara "Mən bunu yenə bacardım" deyə qışqırıb.