XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 20:54

Rusiyalı alimlər “ömürlük” plomb hazırlayıblar –Dişləri kariesdən qoruyacaq

Rusiyadan olan bir qrup alim tərəfindən plombların istifadə müddətini uzadan, dişləri karies və mikroblardan müdafiə edən “ömürlük” nanomaterial hazırlanıb.

Azərtac “mk.ru” saytına istinadla xəbər verir ki, alimlər yeni materialın stomatologiyada texnoloji inqilab yaradacağına inanırlar.

Nanohissəciklər özündə titan, dəmir, sink və digər metalların oksidini birləşdirir. Bir sıra eksperimentlərin nəticəsinə görə, qeyd olunan maddələrin cüzi konsentrasiyası belə orqanizmin özünün ifraz etdiyi təbii fermentlər kimi bütün zərərverici mikrob və bakteriyaları məhv edir.

Alimlərin sözlərinə görə, başqa stomatoloji materialların hazırlanmasında da nanohissəciklərdən ibarət xüsusi antibakterial əlavənin istifadəsi nəzərdə tutulur.