XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

15 Aprel 2017 - 11:36

Belçikada şokoladın “3D” printerdəistehsalına başlanılıb

Belçikanın “Miam Factory” şirkəti üçölçülü (3D) printerdə istehsal olunan şokoladların buraxılışına başlayıb. Şokolad fiqurları bir dəfə aparatdan keçməklə 0,2 millimetr ölçüsündə laylar şəklində hazırlanır.

Azərtac “DNI24” resursuna istinadən xəbər verir ki, şokolad şirniyyatlarının “3D” printerdə istehsal texnologiyasını qida sənayesi sahəsində müxtəlif innovasiyalara imza atan Lej Universitetinin mütəxəssisləri kəşf ediblər. “3D” qənnadıçılar xüsusi sifariş əsasında konfetlər üzərində oymalar, yazılar və ya xüsusi formalı konfetlər istehsal edə bilirlər. Məsələn, Pasxa bayramı münasibətilə pivə şüşələri şəklində şokoladlar buraxılıb.

İstehsal prosesinin müddəti şokoladın fiqurundan asılı olaraq 10 dəqiqə və 3 saat arasında dəyişir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, şirniyyat hazır olandan dərhal sonra istifadəyə yararlı hesab edilir.