Amerikalı blogger Cessi Vellinsin «uçan xalça» ilə Nyu-York küçələrini gəzən videosu internetdə üç gün ərzində 8 milyona yaxın insan tərəfindən izlənilib.
Strateq.az xəbər verir ki, bu barədə «The Telegraph» nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, məşhur nağıldakı Ələddinin qiyafəsinə girən blogger görkəmi ilə ətrafdakıların maraq və təəccübünə səbəb olub.
Sosial şəbkələrdə sürətlə paylaşılan videonu izləyənlər gənc bloggeri builki «Halloween» bayramının ən yaddaqalan obrazı adlandırıblar.