XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 20:27

Yaponlar uçan ekran yaradıblar:Displey istənilən yerdə görüntülər göstərə bilər – FOTO

Yaponiyanın Tiba şəhərində keçiriləcək “Niconico” konfransında “NTT Docomo” regional provayderi multikopter əsasında işləyən mobil ekran konseptini nümayiş etdirəcək.

Kiçik sferik formada informasiya ekranı istənilən yerə uça və orada insanlara maraqlı nə isə göstərə bilər. “Techcult.ru” saytı bildirir ki, diametri 88 santimetr təşkil edən kürənin daxilinə güclü kvadrokopter qurulub. Mühəndislər konstruksiyanın fırlanma sürətini və işıq diodlarının sayrışmasını elə seçiblər ki, kürənin müəyyən sahələrində statik şəkil, yaxud dinamik təsvir göstərilsin.

Ekranın təsvir ölçüsü 144×136 pikseldir.

“Docomo” operatorunun rəsmiləri bildiriblər ki, 3,4 kiloqram ağırlığında aparat çox manevrlidir və ictimai meydançalarda istifadə üçün avtonom iş vaxtı kifayət qədərdir. Uçan sferik displey bir çox sahələrdə tətbiq oluna bilər. Məsələn, ekranda istənilən faydalı informasiya, reklam və ya şən şəkillər göstərmək olar.