Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bina çap etməyə imkan verən daxili "3D" printerə malik robot prototipi hazırlayıblar.
Azərtac "hitech.vesti.ru" saytına istinadla xəbər verir ki, gələcəkdə tamamilə avtonom işləyəcək robot Ay, Mars və ya Antarktikada bir neçə il ərzində binalar inşa edə biləcək.
Sınaqlar çərçivəsində diametri 15 metr, hündürlüyü 3,65 metr olan günbəzin divarları "çap edilib". Sistem 14 saat ərzində bu işin öhdəsindən gəlib. Bundan sonra işçilər yalnız hazır formaya beton tökməlidirlər. Sistem, həmçinin konkret tikinti sahəsinin tələblərinə və sifarişçinin arzularına uyğunlaşdırıla bilər.