Son üç ayda «Facebook» istifadəçilərinin sayı 60 milyon artaraq 1,5 milyarda çatıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar ABŞ-da internet istifadəçilərinin vaxtının 20 faizini bu sosial şəbəkədə keçirdiyini üzə çıxarıb.
Xatırladaq ki, «Facebook» 2004-cü il fevralın 4-də həmin vaxt Harvard Universitetində oxuyan Mark Zükerberq tərəfindən yaradılıb. 10 il ərzində «Facebook» dünyanın ən nəhəng sosial şəbəkəsinə çevrilib.